Bakıda silahlı dəstə ələ keçdibackend

Bakıda silahlı dəstə ələ keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Xətai rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 29-da Xaçmaz rayon sakini İdris Ramazanova məxsus “Mersedes” markalı avtomobilə baxış zamanı “Makarov” markalı tapança, patron darağı və 7 ədəd patron aşkar edilərək götürülüb.

İ.Ramazanov və sərnişinləri Şamaxı rayon sakinləri Kənanbəy Zülfüqarov, Mətləb Şıxəliyev və Lənkaran rayon sakini Tural Məhərrəmov saxlanılaraq RPİ-yə gətirilib.

Araşdırma zamanı silahın K.Zülfüqarova məxsus olması müəyyən olunub. (musavat)

İnterpress.az