Daşkənddə Bayram təxirə salındı – VİDEObackend

Daşkənddə Bayram təxirə salındı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Virtualaz.org xəbər verir ki, bu barədə BBC-nin özbək xidməti Daşkənddəki mənbələrə istinadən məlumat yayıb. Mənbələr bayram mərasimlərinin təxirə salınmasının səbəblərini açıqlamayıb. Ancaq bildiriblər ki, Müstəqillik Günü ilə bağlı parklarda nəzərdə tutulmuş xalq gəzintiləri qüvvəsində qalır.

Prezident İslam Kərimov Daşkənddə təşkil olunan Müstəqillik Günü və Novruz bayramları mərasimlərinə həmişə qatılıb, hətta rəqs edib. İndi bayram tədbirlərinin ləğv edilməsi İslam Kərimovun öldüyü haqda versiyaları gücləndirir.

Hansı ki, Özbəkistan hakimiyyəti müstəqilliyin 25 illiyi ilə bağlı mərasimlərin hazırlanmasına böyük pullar xərcləyib.

Özbəkistan Konstitusiyasına görə İslam Kərimovdan sonra hakimiyyət baş nazirə keçməlidir. Lakin ekspertlər hesab edir ki, hələlik prezidentin vəfatı ilə bağlı xəbərin açıqlanmasını ləngitməklə hakim elitalar-İslam Kərimovun güclü hakimiyyət rıçaqlarına malik olan arvadı Tatyana Kərimova, baş nazir Şövkət Mirzəyev, Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Rüstəm İnoyatov öz aralarında hakimiyyətin bölüşdürülməsi məsələsini həll etməyə çalışırlar.

İnterpress.az