Dərsliklər sentyabrın 5-də paylanılacaqbackend

Dərsliklər sentyabrın 5-də paylanılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirlikdən İnterpress.az-a verilən məlumata görə, bu məqsədlə 261 adda 6 623 135 nüsxə yeni dərslik və müəllim üçün metodik vəsait çap olunub.

Yeni nəşr olunmuş dərsliklər rayon (şəhər) təhsili idarəetmə orqanlarına avqustun ortalarından çatdırılıb və onların məktəblərə paylanılması təşkil edilib.

Təhsil Nazirliyi şagirdlərə və onların valideynlərinə müraciət edərək bildirir ki, sentyabrın 5-dək aidiyyəti məktəblərdən dərslikləri əldə etsinlər.

İnterpress.az