Piyada gəzməklə 150 kq arıqladıbackend

Piyada gəzməklə 150 kq arıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paskal yüksək qan təzyiqi və xolesterin səviyyəsinin yüksəlməsindən əziyyət çəkib. O, qarnının və sinəsinin sallandığını, özünə nifrət etdiyini açıqlayıb. Həkimlərin diaqnozundan sonra Paskal öz həyatında köklü dəyişikliklər etməyə qərar verib. O, hazır qidalar və süddən imtina edib, onları meyvə-tərəvəz, qara düyü, kiona, yağsız ət kimi faydalı məhsullarla əvəz edib.
Həmçinin bir vaxtlar 275 kq çəkidə olan Paskal arıqlaya bilmək üçün uzaq məsafədə yerləşən mağazaya hər gün piyada gedib-gəlib. Nəticədə Paskal demək olar ki, hər gün piyada 10 km yol qət edib. İndi Paskal gündə 10 km yol gedir, yarımfabrikatlar almır, yeməkləri isə özü hazırlayır. O, 90 kq arıqladıqdan sonra idman zalına yazılıb. Piyada gəzintilərə və düzgün qidalanma rejiminə ağır atletika da əlavə olunub. Bir il sonra Paskal 60 kq da arıqlamağa nail olub. Paskal etiraf edir ki, bütün bunları həm sağlamlıq, həm də oğluna yaxşı nümunə olmaq üçün edib. O, hazırda özünü çox yaxşı hiss etsə də, qarnındakı sallanmış dəridən xilas olmaq üçün əməliyyat etdirməyi düşünür.

İnterpress.az