Sarkisyan qardaşlarının Ukraynada silsilə cinayətləri – FOTObackend

Sarkisyan qardaşlarının Ukraynada silsilə cinayətləri – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənilər” təşkil olunmuş cinayətkar dəstə Zaporojyedə formalaşıb və əsasən Ermənistan əsilli miqrantlar arasında soyğunçuluqla məşğul olub. Bandaya rəhbərlik edən Artaşes və Xorik Sarkisyan qardaşları bu “işə” Zaporojyedə hələ 90-cı illərin əvvəllərində başlayıblar. Lakin bir müddət sonra Kiyevdəki yüksək rütbəli şəxslərin dəstəyini qazanaraq (şayiələrə görə, Ermənistanın Ukraynadakı səfiri Andranik Manukyanın), Ukrayna kriminal aləminin ilk sıralarında özlərinə yer eləyiblər.

Qardaşlar ilk öncə o vaxta kimi Ukraynada kriminal aləmdə tanınan erməniləri – Qaqo və Hamleti aradan götürdülər: biri azadlıqdan məhrum olundu, digəri isə həyatından.
Bu savaşın qurbanlarından biri də iş adamı Vladimir Malyardır. O, 2006-cı ilin mart ayında öldürülüb. Qaqo və Hamletin adamları onu Zaporojyenin ən gur yerində qətlə yetirmişdilər.
Ümumiyyətlə, “Ermənilər” briqadası bütün məsələləri yalnız odlu və digər silahın köməyi ilə həll edirdilər.
Qardaşlar “işin” başına keçəndən sonra Zaporojyedə “erməni kriminaliteti” anlayışı Sarkisyan qardaşlarının adı ilə bağlıdır.

2006-cı ildə Artaşın bandası bir neçə oyun avtomatı zalı olan iş adamı Robertdən 100 min dollar tələb edir. İş adamının oğlu girov götürülür. Məsələni yoluna qoymaq üçün Robert Gürcü Yuraya müraciət edir, lakin “qanuni oğru”nun tələbləri erməniləri qorxutmur və onlar məbləği 500 min dollara qədər qaldırırlar. Məbləği toplaya bilməyən iş adamının oğlunun meyiti öz evinin girişində aşkarlanır. Bir neçə aydan sonra isə Gürcü Yura güllələnərək qətlə yetirilir.

Virtualaz.org-un xüsusi müxbiri bildirir ki, “Ermənilər”in açdığı atəşlər nəticəsində erməni diasporasına aidiyyatı olmayan bir sıra iş adamları da qətlə yetirilir.
2010-cu ildən başlayaraq, narkotik və qeyri-qanuni istehsal edilmiş araq alveri Sarkisyanların əsas gəlir mənbəyinə çevrilməyə başlayır.

Bütün bunların polis üçün də gizli olmadığına baxmayaraq, indiyə kimi Sarkisyanların bandasının yalnız bir üzvü həbc edilib. Səfirin “qanadı altında” erməni diasporasının bir sıra tanınmış simaları da kriminal avtoritet qismində fəaliyyət göstərirlər. Bunlara “Erməni milli icması” adlı Xarkov vilayətinin ictimai təşkilatının sədri Samvel Xandəmiryanı (Xarkovlu Samvel), Karo ləqəbli Karapet Ovakimyanı, odessalı “Knyaz” Arturu, 2014-cü ildə Maydanın qovulmasında fərqlənmiş Artuur Vasoyanı, Armen Sarkisyanı (Qorlovkalı Armen) və onlarla başqalarını göstərmək olar.
Belə bir sual yaranır: Avropaya inteqrasiyaya can atan bir ölkədə bu cür kriminogen vəziyyətin öhdəsindən gəlməyi düşünürlərmi? Belə getsə, Avropaya deyil, İŞİD-ə birləşmək daha məntiqli görünərdi…

Sarkisyan qardaşlarının Ukraynada silsilə cinayətləri - FOTO

Sarkisyan qardaşlarının Ukraynada silsilə cinayətləri - FOTO

Sarkisyan qardaşlarının Ukraynada silsilə cinayətləri - FOTO

Sarkisyan qardaşlarının Ukraynada silsilə cinayətləri - FOTO

Sarkisyan qardaşlarının Ukraynada silsilə cinayətləri - FOTO

Sarkisyan qardaşlarının Ukraynada silsilə cinayətləri - FOTO

İnterpress.az