Ərdoğanla Putin sentyabr ayının 3-də görüşürlərbackend

Ərdoğanla Putin sentyabr ayının 3-də görüşürlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkə başçıları Çində baş tutacaq G 20 toplantısı zamanı – sentyabr ayının 3-də görüşəcəklər.

Kremlin mətbuata verdiyi açıqlamada görüşdə müzakirə olunacaq mövzular barədə də məlumat verilib.

Ərdoğanla Putin iki ölkə arasında əvvəlki münasibətlərin bərpa olunması, ən yüksək səviyyədə iş birliyinin qurulması, iqtisadiyyat, ticarət və energetika sahəsində birgə layihələrin həyata keçirilməsi məsələlərini müzakirə edəcəklər.

Liderlərin görüşündə Suriya və dünyada baş verən siyasi hadisələr də dəyərləndiriləcək.

Kremlin mətbuat xidmətinin rəhbəri Yuriy Uşakov deyib: “Qısa zamanda çarter reyslərini bəra etdik. Təyyarə hadisəsindən əvvəlki münasibətlərimizi bərpa etmək üçün ən yüksək səviyyədə səy göstərilir”. (teleqraf.com)

İnterpress.az