İslam Kərimovu baş nazir əvəz etdibackend

İslam Kərimovu baş nazir əvəz etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Sputnik-ə istinadən xəbər verir ki, sözügedən mərasimdə baş nazir, eləcə də parlamentin hər iki palatasının spikerləri iştirak edib.

Hər zaman bu rəsmi mərasimi Prezident İslam Kərimovun icra etdiyini vurğulayan media isə hadisəni baş nazirin prezidenti əvəz etməsi kimi təqdim edib.
Xatırladaq ki, avqustun 27-də beyin insultu ilə xəstəxanaya yerləşdirilən İslam Kərimovun avqustun 29-da öldüyü barədə xəbər yayılıb. “İsvestiya” nəşri ölüm xəbərini yayan mənbənin prezidentin qızı Lola Kərimova ola biləcəyi ehtimalını irəli sürüb.

Bu arada isə Özbəkistan dövlət başçısının mətbuat xidməti müxtəlif dövlət və hökumət başçılarının Prezident İslam Kərimovu Müstəqillik Gününun 25-ci ildönümü münasibətilə təbrik etdiyini açıqlayıb.
İ.Kərimovu təbrik edənlər arasında ABŞ, Çin, Almaniya, Polşa, MDB ölkələri, o cümlədən, beynəlxalq təşkilatların məktubları yer alır.

İnterpress.az