Banklara xəbərdarlıqbackend

Banklara xəbərdarlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dollar satışı həyata keçirən az sayda banklar isə dolları müştəridən nisbətən ucuz alır, amma baha satır.

Bütün bunların fonunda Azərbaycanda “qara bazar” canlanır. Ekspertlər “qara bazar”ın canlanmasında kommersiya banklarını günahkar bilirlər.

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası sədrinin müşaviri Rüfət Abbasov deyib ki, valyuta bazarının tənzimlənməsi Maliyyə Bazarlarına Nəzarət Palatasının mandatında deyil:

“Bu, Mərkəzi Bankın mandatında olan sahədir. Yəni, valyutaya olan tələb-təklif Mərkəzi Bank tərəfindən tənzimlənir”.

Kommersiya banklarının yürütdüyü siyasətə gəlincə, qurum rəsmisi məsələnin ciddi olaraq nəzarətdə saxlandığını bildirib:

“Biz yalnız bankların Mərkəzi Bankın müəyyənləşdirdiyi 4%-lik marja koridoruna əməl etmələrinə nəzarət edirik. Banklar dolları Mərkəzi Bankın müəyyənləşdirdiyi rəsmi məzənnədən 4% ucuz ala və 4% baha sata bilərlər. Bu faiz koridorundan az və ya yüksək qiymət müəyyənləşdirə bilməzlər. Biz bu məsələni ciddi nəzarətdə saxlamışıq”.(modern)

İnterpress.az