Palatadan banklara sərt xəbərdarlıq – VİDEObackend

Palatadan banklara sərt xəbərdarlıq – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bankların valyutadəyişmə əməliyyatları zamanı marjaya riayət etməmələri barədə çoxsaylı şikayətlər var. Bununla bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciətlər olunub. Palata da öz növbəsində, banklara xəbərdarlıq məktubu göndərib. Məktub sərt xəbərdarlıq məzmununda yazılıb.

Maliyyə Bazarlarına Nəzarət Palatası banklara xəbərdarlıq edib. Valyutadəyişmə əməliyyatları zamanı müəyyən olunmuş faiz dəhlizi tələblərinə, yəni 4 faizlik marjaya əməl etməyən banklar ciddi şəkildə cəzalandırılacaq.

Palata sədrinin müşaviri Rüfət Abbasovun sözlərinə görə, şikayətlərlə bağlı məlumatlar araşdırılıb və banklara xəbərdarlıq edilməsi qərara alınıb..

Palatadan bildirilib ki, əgər valyuta dəyişən zaman qaydalar pozularsa, banklar cəzalandırılacaq. Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası bu il yanvarın 8-dən etibarən valyutadəyişmə zamanı Mərkəzi Bankın rəsmi məzənnəsindən 4 faiz aşağı və yuxarı marja tətbiq edib. Yəni bank valyutanı ancaq Mərkəzi Bankın müəyyən etdiyi həddən4 faiz ucuz ala və 4 faiz baha sata bilər. Hansısa bankda buna əməl edilmədiyini görən vətəndaşlar bununla bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasına məlumat verə bilər. (xəzərxəbər)

İnterpress.az