Piyadanı maşın vurdubackend

Piyadanı maşın vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə şəhərin Atatürk prospektində qeydə alınıb. Şəhər sakini 1966-ci il təvəllüdlü Səbuhi İmamquliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən iki piyada, 1995-ci il təvəllüdlü Tural Azər oğlu Musayev və onun həmyaşıdı Şamxal Arzu oğlu Qurbanovu vurub.

Xəsarət alan gənclər Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onlardan birinin vəziyyəti orta ağır, digərinin isə normal olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.(apa)

İnterpress.az