Qadın boğazı kəsilərək qətlə yetirilib – YENİLƏNİBbackend

Qadın boğazı kəsilərək qətlə yetirilib – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tovuzda qadını qətlə yetirən şəxs saxlanılıb.

24 yaşlı İbrahimova Aytəkin Ədalət qızını boğazını kəsərək öldürən şəxs onun həyat yoldaşı, Alakol kənd sakini 1985-ci il təvəllüdlü Hüseynov Taleh Aydın oğludur.

Taleh Hüseynov artıq polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə, qətl ailədaxili münaqişə zəminində baş verib.

Ailənin iki övladı olub.

***

APA-nın qərb bürosunun məlumatına görə, hadisə rayon avtovağzalı ərazisində baş verib.

Təxminən 24-35 yaşlarında olan qadının boğazı biçaqla kəsilərək qətlə yetirilib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.

İnterpress.az