Göyçayda 22 nəfəri zəhərləyən səbəb bəlli oldubackend

Göyçayda 22 nəfəri zəhərləyən səbəb bəlli oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev Lent.az-a açıqlamasında deyib ki, toy mərasimində istifadə olunan qida qalıqlarından götürülmüş nümunələrin laboratoriya nəticələrinə görə, toyda istifadə edilmiş bişmiş mal əti, soyutma mal ətində, dilimlənmiş pendirdə, kələm və yerkökülü turşuda bağırsaq çöpləri aşkarlanıb.

Bundan başqa, mal ətində listeriya, stafilokok aureus, proteylər aşkarlanıb. Dilimlənmiş pendirdə də proteylər ortaya çıxıb.

İ. Abdullayev bildirib ki, bütün bunların hamısı birbaşa qida zəhərlənməsinə səbəb olan amillərdir.

Qeyd edək ki, Göyçayın Qaraməryəm kəndində keçirilmiş “palatka” toylarından birində 22 nəfər qidadan zəhərlənmişdi.

İnterpress.az