Şakiradan azərbaycanlılara mesajbackend

Şakiradan azərbaycanlılara mesaj

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsil üçün ölkəmizə üz tutan Şakira avqust ayında sosial şəbəkədə ona qarşı münasibətdən narahatlığını bildirmişdi. Gündəlik həyatda onun Azərbaycan dilini bilmədiyini düşünən bəzi insanlar Şakiranın yanından keçəndə xoşagəlməz ifadələr işlədirmiş. Azərbaycanda ali təhsil alan Mozambikli tələbə qaradərili Şakira İssufo, öz təəssüratlarını İnterpress.az saytı ilə bölüşüb.

Şakira İssufo söhbətə belə başlayıb: “Əvvəlcə bildirmək istəyirəm ki, məni dəstəkləyən, mənim yanımda olan hər kəsə dərin təşəkkürümü bildirirəm. Bu mənə sübut edir ki, azərbaycanlıların əksəriyyəti yaxşı və anlayışlı insanlardır. Mən sosial şəbəkədə video paylaşımı etdikdən sonra artıq hiss etdim ki, insanların mənə qarşı münasibəti yaxşıdır, onlar mənə gülümsəyirlər, yaxşı nəzərlərlə baxırlar. Lakin bəziləri mənim paylaşımımı yaxşı qarşılamayıb”.
Azərbaycanda yaşadığı müddətdə rast gəldiyi hadisələr haqqında danışan Şakira, hazırkı vəziyyətindən məmnun olduğunu bildirib.
Daha sonra isə bütün səmimiyyəti və mehribanlığı ilə insanlığa gözəl bir mesaj verib: “İndi insanlar mənə qarşı daha mehribandır, bu isə günü-gündən məni daha çox xoşbəxt edir. Mən düşünürəm ki, bu dünyada neqativ insanlar çoxdur, ancaq biz əl-ələ versək, birlikdə olsaq, mehriban olsaq, bu dünyanı gözəl bir yerə çevirə bilərik. Dünya pis niyyətli insanlardan yalnız biz birlikdə olduğumuz zaman təmizlənər”

Şakiradan azərbaycanlılara mesaj

Şakiradan azərbaycanlılara mesaj

Şakiradan azərbaycanlılara mesaj

Şakiradan azərbaycanlılara mesaj

Şakiradan azərbaycanlılara mesaj

Aytək Yusifsoy
İnterpress.az