Əlilliyin varsa, dilənçi ol?backend

Əlilliyin varsa, dilənçi ol?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 noyabr tarixli 213 nömrəli qərarı ilə mülkiyyət və təşkilatın hüquqi formasından asılı olmayaraq (kvota şamil edilməyən müəssisələr istisna olmaqla) bütün idarə, müəssisə və təşkilatlarda sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların (o cümlədən əlillərin) məşğulluğunu təmin etmək üçün kvota tətbiq edilir.

Əlil Təşkilatları İttifaqının rəhbəri Davud Rəhimli məsələ ilə bağlı İnterpress.az saytına açıqlama verib.

Davud Rəhimli bildirib ki, son illər əlilliyi olan şəxslərin işlə təmin olunmasında az da olsa, dəyişiklik var, ADA universitetini, ASAN xidməti misal gətirmək olar.
Həmçinin rəhbər açıqlamasında qeyd edib: “Bizdə əlilləri işlə təmin edən sahibkarlara vergi güzəştləri yoxdur, ancaq kvota mövcuddur. Yəni hər bir müəssisə işçilərinin sayından asılı olaraq müəyyən faiz əlilliyi olan şəxsləri işlə təmin etməlidirlər. Buna görə cərimə də vardır, lakin buna riayət olunmur”.
Xatırladaq ki, Bir sıra ölkələrdə əlilləri işlə təmin edən sahibkarlar gəlir vergisindən azad olunur və ya bu vergidə müəyyən faizli güzəşt tətbiq edilir.
Əlilliyi olan, lakin əmək fəaliyyəti göstərən insanlar da cəmiyyətimizdə az deyil.

Əlilliyin varsa, dilənçi ol?

İnterpress.az saytının mövzu ilə əlaqədar digər müsahibi, Motivator-təlimçi və əlillik sahəsi üzrə ekspert Murad Məmmədov öz fikirlərini belə ifadə edib:
Murad Məmmədov: “Əlilliyi olan insanları cəmiyyətə inteqrasiya olunması problemi bundan qaynaqlanır ki, birincisi insanlar əlillik mövzusunda məlumatsız olmasıdır, ikincisi isə şəhərdə infrastrukturun hər kəsin istifadəsinə yararlı ola bilməməsindədir. Cəmiyyət əllillik mövzusunda daha məlumatlı olsa, ictimai nəqliyyat, keçidlər, binaların girişləri əlillərin istifadəsinə uyğun qurulsa, məncə onların cəmiyyətə inteqrasiyasında heç bir problem olmayacaqdır”.

Əlilliyin varsa, dilənçi ol?

Həmçinin müsahibimiz, əlliləri işlə təmin etməkdən çəkinən iş yeri sahibləri haqqında belə deyib:

“Sahibkarlar düşünürlər ki, əlillik çox ciddi problemdir, belə şəxslər əmək prosesində effektiv ola bilməzlər. Ümumiyyətlə cəmiyyətdə əlillərə qarşı münasibətin yanlış olması, onların yazıq olduqlarını düşünmələri belə problemlərin yaranmasına gətirib çıxarır. İnsanlar keçən əsrin düşüncələrindən hələ də xilas olmayıblar”.

Aytək Yusifsoy
İnterpress.az