Cəbhə xəttində səsvermə – VİDEObackend

Cəbhə xəttində səsvermə – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Silahlı Qüvvələrinin mövqelərinə yaxın məsafədə olan rayonun Qapanlı və Yuxarı Qaradağlı kəndlərinin sakinləri də səsvermədə aktiv iştirak ediblər.

95 saylı Tərtər Seçki Dairsi üzrə 12 saylı seçki məntəqəsinə gələn sakinlər fəallıqları ilə seçiliblər.

“Məntəqə üzrə ilk dəfə səs verən 6 seçicimiz var. Məntəqəyə gələ bilməyən yaşlı və xəstə seçicilərin sayı 12 nəfərdir”, – deyə 12 saylı məntəqənin sədri Məzahir Həsənov bildirib.

95 saylı Tərtər Dairə Seçki Komissiyası üzrə ümumilikdə isə 3-ü qapalı qapalı olamaqla, 41 məntəqə var. Məntəqələrin hər birində səhər saatlarından başlayaraq seçici fəallığı diqqət çəkib.

“Seçicilərin sayı 38 məntəqə üzrə 37 min səkkiz yüz səksən nəfərdir. Seçki prosesində 528 nəfər ilk dəfədir ki, səs verir. 8 seçki məntəqəsində veb kameralar var”, – deyə 95 saylı Dairə Seçki Komissiyasının sədri Həmid Mehdiyev vurğulayıb.

Tərtər sakinləri əmindirlər ki, Azərbaycanda gedən inkişaf prosesi bu referendumdan sonra daha da sürətlənəcək. ( ARB TV )

İnterpress.az