Atadan oğluna 5 bıçaq zərbəsibackend

Atadan oğluna 5 bıçaq zərbəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rayon polis şöbəsindən verilən məlumata görə, rayon sakini Əzizov Şirinbala Nizami oğlu doğma oğlu Əzizov Nizami Şirinbala oğlunu bıçaqlayıb. Hadisə ailə münaqişəsi zəminində baş verib. Ailədə baş vermiş münaqişə ata ilə oğulun davası ilə nəticələnib. Həticədə Ş.Əzizov oğlu N.Əzizova 5 bıçaq zərbəsi endirib.

Yaralı vəziyyətdə Xaçmaz rayon Mərkəzi Xəstəxanasına çatdırılan N.Əzizovun həyatını xilas etmək mümkün olub. N.Əzizov hazırda xəstəxanada həkim nəzarətində saxlanılır.

Hadisəni törədən Ş.Əzizovun ifadəsi alınsa da, saxlanılmayıb. Oğlunu bıçaqlayan ata ifadəsi alınandan sonra sərbəst buraxılıb.

Hazırda Xaçmaz rayon Polis Şöbəsində hadisə ilə bağlı araşdırma aparılır. ( trend.az )

İnterpress.az