Deputatlar Mərkəzi Banka etiraz etdibackend

Deputatlar Mərkəzi Banka etiraz etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AzVision.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında millət vəkili Vahid Əhmədov deyib. Onun sözlərinə görə, Mərkəzi Bank manat kütləsini azaltmaqla inflyasiyanı cilovlamaq istəyir, Maliyyə Nazirliyi isə büdcədə kəsirin olmamasına çalışır:

“Maliyyə Bazarlarına Nəzarət Palatası banklarda problemin olmamasını istəyir. Palata banklarda sağlamlaşdırmaya nail olmaq üçün kredit verilməməsinə çalışır. Bütün bunlar çox ciddi problemlər yaradır. Aidiyyatı qurumlar ölkədə maliyyə-iqtisadi sabitliyin təmin olunmasına xidmət göstərən tədbirlər görməlidir”.

Digər millət vəkili İlham Əliyev isə bildirib ki, maliyyə bazarındakı problemlər Mərkəzi Bankın fəaliyyəti ilə bağlıdır:

“İndi bankların fəaliyyətinə nəzarət Maliyyə Bazarlarına Nəzarət Palatasının səlahiyyətində olsa da buna qədər Mərkəzi Bank bankların fəaliyyətinə nəzarət edirdi. Lisenziyası ləğv olunan banklarda problemin yaranacağını əvvəlcədən müəyyənləşdirmək olmazdı? Məsələn, “Texnikabank”ın fəaliyyəti bərpa edildi. İnsanlar bura əmanət yatırmağa başladılar. Sonradan bankın lisenziyası ləğv olundu. Mən bu məsələyə ona görə toxunuram ki, insanlar bundan çox əziyyət çəkir”.

İnterpress.az