Təfəkkür Univeristetindən 42 yox, 26 nəfər tələbə  xaric olunub – RƏSMİbackend

Təfəkkür Univeristetindən 42 yox, 26 nəfər tələbə xaric olunub – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2015/2016-cı tədris ilinin sonunda müvafiq əsasnaməyə uyğun olaraq qeydiyyatdan keçməyən 26 nəfər tələbə (bir neçə dəfə xəbərdarlıq edildiyinə baxmayaraq) yalnız təhsil haqqını ödəmədiyinə görə universitetdən xaric olunublar.

Bunu İnterpress.az-ın sorğusuna cavab olaraq, universitetiin Tədris Metodiki İdarənin rəisi İlham Musayev bildirib.

“Akademik borcu olan tələbələrə gəldikdə isə əsasnaməyə uyğun olaraq onlardan heç biri universitetdən xaric olunmayıb. Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən universitetdən xaric olunmuş tələbələr, əgər təhsil haqqını ödəyərək qeydiyyata düşərlərsə, onlar bir semestr keçdikdən sonra universitetə bərpa oluna bilərlər”.

Qeyd edək ki, “Təfəkkür” Universitetində 42 nəfər tələbənin universitetdən xaric olması barədə mətbuatda məlumat yayılmışdır.

Gülşanə Mustafayeva
İnterpress.az