Rusiya – Türkiyə münasibətlərində yeni addımbackend

Rusiya – Türkiyə münasibətlərində yeni addım

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Haberler.com”-a istinadən xəbər verir ki, Türkiyə və Rusiya arasında münasibətləri daha yaxşılaşdıracaq addımların atılması üçün yeni tədbirlər görülür.
Plana əsasən hər iki ölkə vətəndaşları xarici pasportsuz, yəni sadəcə şəxsiyyət vəsiqələri ilə qarşılıqlı səyahətlər edə biləcək.
Yeni şərtlərin müzakirəsi davam edir.
Bu məsələ çərçivəsində əvvəlcə Rusiyanın Türkiyə vətəndaşlarına tətbiq etdiyi viza sisteminin ləğv olunması planlaşdırılır.
Daha sonra isə Türkiyə və Rusiya vətəndaşlarının yalnız şəxsiyyət vəsiqəsi ilə səfər etməsi mümkün olacaq.

İnterpress.az