20 il oğlunun cəsədilə yaşadıbackend

20 il oğlunun cəsədilə yaşadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Sabah.com”-a istinadən xəbər verir ki, ABŞ-da yaşayan yaşlı qadın Rita Volfenson öz oğlunun cəsədi ilə yaşayırmış.
Gözləri görməyən qadının davamlı olaraq evinə zibil və lazımsız əşyalar gətirdiyi ilə bağlı yaxınları məlumat verib.
Qadının ruhi sağlamlığından şübhə edən qohumları onu xəstəxanaya aparıblar.
Hadisədən sonra Ritanin evində araşdırma aparılıb və ikinci mərtəbədə paltarların üzərində skelet tapılıb.
Məlum olub ki, skelet qadının illər əvvəl itdiyini düşündüyü oğluna aid imiş.
Qeyd edək ki, qadın 20 il əvvəl ölən oğlunun cəsədinin evində olduğundan xəbərsiz olub.

İnterpress.az