Lap yerinə düşdü – Umac Şorbasıbackend

Lap yerinə düşdü – Umac Şorbası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:
1 l su
100 qr qarağöz lobya
250 qr dana əti
1 ədəd baş soğan
2 ədəd yumurta
1 dəstə keşniş
Duz, istiot

Umac üçün:
1 st un
½ st. su
Bir çimdik duz

Hazırlanması:

Lobya duzlu suda bişirilib süzülür.
Ət və soğan ətçəkən maşından keçirilir.
Üzərinə duz, istiot səpilib qarışdırılır.
Ət qarışığından xırda küftəciklər hazırlanır.

Umacın hazırlanması:
Suya duz tökülüb qarışdırılır.
Unun üzərinə duzlu su tökülür, ovulub umac hazırlanır.
Suya duz səpilib qaynadılır.
Küftəciklər qaynayan suya əlavə olunub bişirilir.
Qazana arasıkəsilmədən qarışdırılaraq umac tökülür.
Şorba bişənə yaxın xırda doğranmış keşniş səpilib qarışdırılır.
Yumurta çırpılır, arasıkəsilmədən qarışdırılaraq şorbaya əlavə olunub bişirilir.

İnterpress.az