“Çevriliş təhlükəsi əslində yenə də realdır”backend

“Çevriliş təhlükəsi əslində yenə də realdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu İnterpress.az saytına açıqlamasında Türkiyədə ikinci bir çevriliş cəhdi ehtimalını şərh edib.

“Türkiyəni zəiflətmək istəyən qüvvələr hələ pusqudadır. FETÖ terror təşkilatının tərəfdarları hələ də az deyil, onların Türkiyədə də böyük maliyyələri var, üstəlik Türkiyənin şərqində də PKK terror təşkilatı qarışıqlıq yaratmağa çalışır, o cümlədən DAEŞ də bu sıraya aiddir. Bütün bunlar Türkiyə üçün müəyyən təhlükələr yaradır. Çevriliş təhlükəsi əslində yenə də realdır”.

Elxan Şahinoğlu Türkiyə dövlətinin bu proseslərdəki mövqeyindən də danışıb:

“Bu planları pozmaq üçün Türkiyə Cumhuriyyəti və Türkiyə Cumhurbaşqanı daha çevik və fəal siyasət yürütməlidir, yürüdürlər də. Təsadüfi deyil ki, Türkiyə ordusu Suriyada böyük hərbi əməliyyatlar həyata keçirir. Bu Türkiyənin gücünü sübut edir”.

Həmçinin politoloq əlavə edib ki: “Çevriliş təhlükəsi ehtimalı hələ də mövcud olsa da, mən düşünürəm ki, Türkiyə höküməti 15 iyulda olduğu kimi yeni təhlükənin də qarşısını ala bilər.

İngiltərənin “Deyli Ekspress” qəzetində Kiprdəki hərbi birləşmələrin Türkiyə üçün təhlükə olduğu barədə dərc olunan yazıya münasibət bildirən Elxan Şahinoğlu, bu iddiaların əsassız olduğunu qeyd edib:

“Kiprdən gələ biləcək hər hansı bir təhlükəyə inanmıram, bu qətiyyən ağlabatan deyil. Türkiyənin daxilində qarışıqlıq yaratmaq istəyən qüvvələr hərəkətə keçə bilər, xaricdən olan təhlükələrin qarşısını Türkiyə daha asanlıqla ala bilər. Bu mümkün deyil, əvvəlcə gərək Türkiyədə xaos yaransın ki, hansısa xarici qüvvə Türkiyəyə müdaxilə etsin. Türkiyə NATO-nun üzvüdür, onu parçalamaq heç də asan deyil”.

Aytək Yusifsoy
İnterpress.az