Rusiya-Türkiyə münasibətlərinin perspektivləribackend

Rusiya-Türkiyə münasibətlərinin perspektivləri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu sözləri millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu İnterpress.az saytına açıqlamasında bildirib.

Beynəlxalq münasibətlərdə yaranan yeni siyasi mənzərəni şərh edən millət vəkili, “Avrasiyaçılıq” geosiyasi konsepsiyasının yenidən canlanması barədə fikirlər irəli sürüb: “Beynəlxalq münasibətlər sistemində indi yeni siyasi tendensiyalar müşahidə olunur. İyul ayının 15-də Türkiyədə baş verən hadisələrdən sonra Azərbaycanın da mənsub olduğu klassik Şərqdə yeni keyfiyyət dəyişiklikləri baş verdi. Bu prosesdə Türkiyənin önə çıxması regionda yeni şərtlər formalaşdırdı.

Ümumiyyətlə ənənəvi Avrasiya materikində münasibətlərin yeni mərhələyə daşınması iki ciddi milli-etnik hadisə ilə bağlıdır. Bunlardan biri rus-slavyan, digəri isə türk etnosunun davranışlarıdır. Hazırda mürəkkəb beynəlxalq münasibətlər çərçivəsində müşahidə etdiyimiz yeni dinamika Avrasiyanın gələcəyini şəkilləndirəcək hər iki super etnosun siyasi davranışlarındakı müşahidə etdiyimiz yeni nizamlanmadır”.

Hikmət Babaoğlu, Rusiya-Türkiyə yaxınlaşmasının dünya siyasətində yeni güc mərkəzi ehtimalını reallaşdıra biləcəyini bu sözlərlə ifadə edib: “Düşünürəm ki, bütövlükdə ,baş berən son hadisələr regionda Azərbaycan və Türkiyənin milli maraqlarının təmin olunduğu yeni şərtlər yaradacaqdır. Bu vaxta qədər bipolyar, yəni təkqütblü deyə xarekterizə etdiyimiz beynəlxalq münasibətlərdə yeni güc mərkəzi formalaşmaqdadır. Bu güc mərkəzini formalaşdıracaq əsas təməl ünsürlərdən biri bizim təbii strateji müttəfiqimiz Türkiyədir, digəri isə əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsində olduğu Rusiyadır”.

Rusiya-Türkiyə münasibətlərinin Azərbaycan maraqları üçün əhəmiyyətini vurğulayan millət vəkili söyləyib: “Düşünürəm ki, bu iki ölkə arasında yeni münasibətlərin formalaşması heç şübhəsiz Türkiyə-Azərbaycan-Rusiya münasibətlərinin inkişafına da təkan verəcəkdir. Ən asası Rusiya Türkiyə yaxınlaşması regionda Azərbaycanın torpaqlarının 20%-ni işğal etmiş Ermənistanın mövqeyini zəiflədəcəkdir. Əgər Rusiya-Türkiyə münasibətləri inkişaf edib gələcəkdə müttəfiqlik səviyyəsinə yüksələrsə, o zaman Türkiyə və Rusiya arasında Ermənistan adlı bir hərbi bazanın olmasına ehtiyac qalmayacaqdır”.

Hikmət Babaoğlu, həmçinin, iqtisadi sahədə iki ölkənin əməkdaşlığının region üçün əhəmiyyətindən də söz açıb: “Bütövlükdə Rusiya-Türkiyə münasibətlərinin çox böyük perspektivləri , böyük potensialı var. Bunlar həm karbohidrogen ehtiyatlarına olan ehtiyacla, eyni zamanda sənaye və hərbi sənaye potensialının qarşılıqlı şəkildə realizə olunması ilə bağlıdır. Ümumiyyətlə, bu iki ölkənin münasibətləri tarixən həmişə bütövlükdə böyük bir regionun münasibətlərinin keyfiyyətini müəyyənləşdiribdir. Ona görədə hazırkı prosesin başa çatmasına mane olmaq istəyən xeyli sayda güc mərkəzlər var, bunların başında isə hegemon Qərb mərkəzlər dayanır.

İki gün öncə Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov dedi ki, ABŞ-ın Rusiyadan incikliyi onun artıq hegemon güc mərkəzi olmamasının yavaş-yavaş dərk edilməsi ilə bağlıdır. İndiyə qədər heç bir zaman belə bir bəyanat verilməmişdi Bu olduqca maraqlı təsbit və təsvirdir . Doğurdan da son iki ayda Yaxın Şərqdə baş verən hadisələrdə biz ABŞ-ın Şimali Afrika və Yaxın Şərq siyasətində məcburi korrektelər etdiyini müşahidə edirik. Bu məcburi korrektələri yaradan isə Türkiyə faktorudur. Düşünürəm ki, regionda Rusiya-Türkiyə müttəfiqliyi güclənərsə, gələcəkdə ittifaq yaratma perspektivi yaranarsa, Qərbin imperialist mərkəzləri özlərinin Yaxın Şərq siyasətində kardinal dəyişikliklər etməyə məcbur ola bilərlər. Ona görə də indiki mərhələ maraqlı bir ənənənin təməlini qoyubdur, bu vəziyyətin Rusiya-Türkiyə münasibətləri timsalında tandemə çevriləcəyi və ənənə halını alacağı barədə danışmaq bir qədər tezdir. Ümid edirik, bu belə də olacaq. Çünki iki ölkənin münasibətlərinin yaxınlaşması Azərbaycanın milli maraqlarına cavab verir”.

Aytək Yusifsoy
İnterpress.az