Azərbaycan Qarabağ münaqişəsinin həllinə çoxdan hazırdırbackend

Azərbaycan Qarabağ münaqişəsinin həllinə çoxdan hazırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu sözləri “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Əhmədov İnterpress.az saytına açıqlamasında söyləyib.

Elçin Əhmədov bildirib ki, müasir geosiyasi şəraitdə Azərbaycanın Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi müstəqil xarici siyasət yürüdür. “Dünyanın istənilən regionunda siyasi, iqtisadi, sosial problemlər özünü qabarıq şəkildə birüzə verir, belə bir vəziyyətdə bu cür siyasət aparmaq çətin və məsuliyyətli işdir. Təkqütblü dünya yaratmaq istəyən imperialist qüvvələr geostrateji maraqları naminə, dünyada, xüsusən də, yaxın Şərqdə ədalətsiz müharibələr aparır. Belə bir şəraitdə Azərbaycanın müstəqil xarici siyasət yürütməsi təbii olaraq bəzi dairələri razı salmır. Müxtəlif vaxtlarda biz Azərbaycan əleyhinə bəyanatların şahidi oluruq və bu baxımdan münaqişənin nizama salınması prosesində də ikili standartların tətbiqini görürük. Bu ikili standart ATƏT və BMT-nin münaqişəyə münasibətində də özünü göstərir. ATƏT-in Minsk qrupu ölkələri konkret bir fəaliyyət göstərməkdə maraqlı deyillər. Azərbaycan mütəmadi olaraq beynəlxalq təşkilatların sülhməramlı tədbirlərində iştirak edir. Bir çox hallarda biz görürük ki, ATƏT təcavüzkarı və təcavüzə məruz qalanı eyni aspektdən qiymətləndirir, eyni tutur. Təbii ki, bu vəziyyət həmsədrlərin ədalətli fəaliyyət göstərəcəyinə inamı da heçə endirir. Son günlərdə də bu tendensiya davam edir. Hər iki tərəfi zorakılıqdan çağırış, hər iki tərəfi atəşkəsə səsləmək bu hala misaldır”.

Azərbaycanda etirazla qarşılanan ABŞ dövlət katibi Con Kerrinin yaxın günlərdə verdiyi bəyanatı tənqid edən Elçin Əhmədov qeyd edib ki, bu bəyanatda tərəf sözü də bizi qane etmir, çünki tərəflərdən biri işğalçıdır və o adı ilə çağırılmalıdır: “Münaqişənin nizama salınması hələ tezdir, tərəflər hələ buna hazır deyillər- kimi ifadələr, həqiqətə uyğun deyil. Azərbaycan Qarabağ münaqişəsinin həllinə çoxdan hazırdır. Amma işğal altında olan torpaqların azad edilməsindən sonra. Əgər tərəflər özləri bu problemi həll edə bilərdilərsə, o zaman ATƏT-in Minsk qrupunun yaradılmasına nə ehtiyac var idi. Dövlət katibi ilə digər dövlət rəsmilərinin fikirləri üst-üstə düşmür. ATƏT və vasitəçiliyi öz üzərinə götürən dövlətlər nəinki həllə nail olmaq, hətta işğal faktorunu qəbul etmək istəmirlər. Bundan istifadə edən Ermənistan isə münaqişə tərəfi kimi Dağlıq Qarabağın tanıdılmasına səy göstərir. Azərbaycanın qəti mövqeyi budur ki, ərazi bütövlüyümüz danışıqların mövzusu ola bilməz, ikinci dəfə torpaqlarımızda erməni dövlətininin yaradılmasına imkan verməyəcəyik. Bu bizim dövlətimizin prinsipial mövqeyidir”.

Azərbaycan Qarabağ münaqişəsinin həllinə çoxdan hazırdır

Ekspert son günlərdə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin aktiv fəaliyyətə keçməsini də yüksək qiymətləndirib: “Qazaxıstan, ümumiyyətlə, ilk dəfə münaqişə başlayanda vasitəçi olan dövlətlərdən biri olub. 1991-ci il sentyabrın 23-də Rusiya və Qazaxıstan arasında Jeleznovodskda kommunike imzalanıb. Rusiya, Qazaxıstan, Azərbaycan, Ermənistan dördtərəfli Jeleznovodsk kommunikesi “Jeleznovodsk kommunikesi”nin məqsədləri kimi bunlar bəyan edilmişdi: regionda durumun sabitləşdirilməsi və deportasiya olunmuş əhalinin yaşayış yerlərinə qaytarılması, əsirlərin azad edilməsi, münaqişə zonasında Rusiya və Qazaxıstan nümayəndələrindən təşkil olunmuş informasiya qruplarının yerləşdirilməsi və durum haqda obyektiv informasiya təminatı. 1991-ci sonlarında Ermənistan Yuxarı Qarabağın bir sıra yaşayış məntəqələri bir-birinin ardınca işğal etməyə başladı. Qazaxıstan və Rusiyanın o dövrdə vasitəçilik siyasəti iflasa uğradı. Müasir dövrdə də Qazaxıstan hər zaman Azərbaycanı dəstəkləyən, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşan ölkədir. Rusiya-Qazaxıstan münasibətlərinin də yüksək inkişafı münaqişənin həllində müsbət dəyişikliyə yol aça bilər”.

Azərbaycan Qarabağ münaqişəsinin həllinə çoxdan hazırdır

Rusiya- Türkiyə münasibətlərinin yaxşılaşmasını regionun təhlükəsizliyinə əhəmiyyətli töhvə hesab edən Elçin Əhmədov, bu münasibətlərinin yaxınlaşmasında Azərbaycanın da rolu olduğunu vurğulayıb: “Rusiyanın son dövrlərdə münaqişənin həllinə səy göstərməsi, Türkiyənin daimi olaraq ərazi bütövlüyümüzü dəstəkləməsi, Türkiyədə baş verən hadisələrdə Azərbaycanın daim bir strateji tərəfdaş, qardaş kimi onun yanında olması, paralel olaraq Rusiya ilə əlaqələrimizin strateji əməkdaşlıq səviyyəsində olması münaqişənin nizama salınmasına böyük əhəmiyyətə malikdir. Bir neçə gün əvvəl Türkiyədə keçirilən Dünya Enerji Konqresində Rusiya-Türkiyə münasibətlərinin bütün istiqamətlərdə yaxşılaşması regionun gələcəyinə xidmət edən faktordur”.

Azərbaycan Qarabağ münaqişəsinin həllinə çoxdan hazırdır

Ermənistanın təcavüzkar siyasətini şərh edən ekspert, Ermənistanı terrorist dövlət adlandırıb: “İşğal başladığı dövrdən Ermənistanın 1988-1992-ci illərdə himayə etdiyi terrorist qruplar işğalı həyata keçiriblər. İstər Xocalı soyqırımında, istərsə də Yuxarı Qarabağın bütün məntəqələrinin işğal olunmasında Ermənistan silahlı qüvvələri ilə yanaşı erməni terror dəstələrinin də böyük rolu olub. ASALA dünya ictimaiyyəti tərəfindən də qınanmalıdır, erməni terrorizmi beynəlxalq terrorizmin tərkib hissəsi kimi regionda sabitliyi şübhə altına salan amildir. Hər zaman Azərbaycanda baş verən terror aktlarının arxasında ASALA dayanıb. Ümumiyyətlə, Ermənistan irqçi təmayüllü rejimin təsiri altındadır, bunu faşizmə göstərdikləri rəğbət, onlara heykəl qoymaları bir daha sübut edir. Ümumiyyətlə Ermənistanın siyasəti dövlət dəstəkli terrorizmə yönəlib”.

Azərbaycan Qarabağ münaqişəsinin həllinə çoxdan hazırdır

Aytək Yusifsoy
İnterpress.az