Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Rusiya Hələbdə, ABŞ Mosulda... – MÜQAYİSƏ

Arzu Nağıyev: “İŞİD-i köhnə nağıllardakı mənfi qəhramana çevirərək, özlərini qəhrəman kimi qələmə verirlər. Beləliklə isə əraziləri zəbt etməyə nail olurlar”.
Vüqar Zifəroğlu: “Prinsip etibarı ilə nə ABŞ-ın, nə də Rusiyanın keçirdikləri əməliyyatların məqsəd etibarilə fərqləri yoxdur”.

Dərc edilib: 18 oktyabr 2016 [16:26]
Baxış sayı: 1045

Regional geosiyasət üzrə ekspert Arzu Nağıyev və "Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri Vüqar Zifəroğlu ABŞ və Rusiyanın Şərq siyasətlərini xüsusi olaraq İnterpress.az saytı üçün müqayisə ediblər.

Arzu Nağıyev ilk olaraq qeyd edib ki, bu proseslər Orta Şərq layihəsinin davamıdır. O, bölgədə marağı olan qüvvələrin məqsədlərindən danışıb.


Rusiya Hələbdə, ABŞ Mosulda... – MÜQAYİSƏ

“Burada əsas məqsəd Yaxın Şərqin təbii sərvətlərinin bölüşdürülməsidir. Eyni zamanda Yəməndən və digər dövlətlərdən sonra orada hegemonluq uğrunda böyük bir mübarizə gedir. Məlumdur ki, istər Mosulda, istər Rakkada, istər Hələbdə İŞİD-in ən güclü dayaqları var. Bu gün İŞİD-in adından istifadə edərək, necə deyərlər İŞİD-i köhnə nağıllardakı mənfi qəhramana çevirərək, özlərini qəhrəman kimi qələmə verirlər. Beləliklə isə əraziləri zəbt etməyə nail olurlar. Təbii ki, regionda baş verən proseslərdə bütün ətraf dövlətlərin, Qərbin, eyni zamanda İranın, İsrailin, Türkiyənin, Rusiyanın öz marağı var. Mosulda baş verən hadisələrdə şiələrdən, türkmanlardan, eyni zamanda kürdlərdən istifadə edərək nəyin bahasına olursa olsun, şəhəri İŞİD-dən təmizləmək uğrunda mübarizə aparırlar”.

Rusiya Hələbdə, ABŞ Mosulda... – MÜQAYİSƏ

Arzu Nağıyev Mosulda gedən proseslərin təməlində dayanan amilləri şərh edərək bildirib ki, Mosul milyon yarım əhalisi olan böyük şəhərdir, burada hər cür qruplaşma mövcuddur.

“Antiterror əməliyyatını İraqın quru qoşunları və İraq polisi həyata keçirir, havadan isə onlara ABŞ-ın liderlik etdiyi koalisiya kömək edir. Səudiyyə Ərəbistanın da bölgədə maraqları ABŞ və digər Qərb dövlətləri ilə üst-üstə düşür. Bu bölgə məzhəb davasının yaradılması üçün kifayət qədər əhəmiyyətli nöqtədir. İraq höküməti əvvəlllər bəyanat verirdi ki, Mosulu özləri qorumağa qadirdir, lakin 2014-cü ildə İŞİD-ə qarşı heç bir mübarizə aparmadan İraq ordusu Mosulu terrorçulara təhvil verdi”.

Rusiya Hələbdə, ABŞ Mosulda... – MÜQAYİSƏ

Ekspert daha sonra Suriyadakı vətəndaş müharibəsi və toqquşan maraqları Hələbdə baş verən hadisələrin fonunda izah edib:

"Hələb Suriya ərazisində ən strateji nöqtələrindən biridir, 3 milyona yaxın əhalisi var. Suriyada vətənaş müharibəsində iştirak edən bütün qüvvələrin marağı var. Rusiyanın əsas məramı nəyin bahasına olursa olsun, Əsədi hakimiyyətdə saxlamaq və yaxud Əsədə yaxın kimisə hakimiyyətə gətirməklə nəzarəti tam öz əlinə almaq. ABŞ bunun əleyhinədir, çünki Suriya Yaxın Şərdə demək olar ki ən əhəmiyyətli strateji rola malikdir. İsrailə yaxındır, İranla sünni-şiə münaqişəsinin yaradılması üçün əlverişli mövqedədir, Səudiyyə Ərəbistana qarşı üstünlük əldə etmək üçün imkanlara malikdir.
Müxtəlif rejimlərdə Rusiyanın hər zaman orada iki hərbi bazası yerləşib, bu gün də çalışır ki, həmin o hərbi bazaları əvvəlki effektivliyinə qaytarsın. Rusiyanın bir digər marağı isə ondan ibarətdir ki, Suriyada iştirak etməklə, Ukraynadakı müharibə ocağından dövlətlərin fikrini yayındırsın. Düşünürəm ki, bu proseslərin sonu Suriyanın bölünməsinə, ikinci bir Əfqanıstan cəbhəsinin yaradılmasına gətirib çıxara bilər”.

Arzu Nağıyev, terrorist qüvvələrin mülki şəxslər üçün bir humanitar dəhlizin yaradılmasına icazə verməməsini, mülki əhalidən qalxan kimi istifadə etmək məqsədilə əlaqələndirib. Bölgədə fəaliyyət göstərən qüvvələrin, o cümlədən ABŞ və Rusiyanın həyata keçirdikləri hərbi aktların mülki əhaliyə verdiyi zərərlərə diqqət çəkib.

“Hətta insan hüquqlarının müdafiəsinə qalxan dövlətlərdə də xəstəxanalar, hospitallar, yardım fondları ilə yanaşı silah anbarları olur. Müharibə gedən ərazidə mülki şəxslərin həyatlarını itirmə ehtimalı hər zaman mövcuddur. Mən düşünürəm ki, burada əsas məsələ bundan ibarətdir ki, mülki əhaliyə əvvəlcədən bölgədən çıxmaq üçün xəbərdarlıq edilir. Lakin marağı olan dövlətlər, İŞİD-in özü də onlara humaniotar koridor yaratmağa imkan vermirlər ki onlar bölgədən çıxa bilsin. Bu prosesdə də hər iki dövlət də eyni qədər günahkardır”.

Rusiya Hələbdə, ABŞ Mosulda... – MÜQAYİSƏ

ABŞ və Rusiyanın regionda mövcudluq səbəbini müqayisə edən ekspert bildirib ki, görünüşdə onların hər ikisi terrora qarşı mübarizə aparsa da, demək olmaz ki, hər iki dövlət qarşısına məhz bu məqsədi qoyub.

Terrora qarşı mübarizə birinci şərtdir, ancaq bundan istifadə edərək, hər dövlət öz maraqlarından çıxış edir. Hər iki dövlət, həm Rusiya, həm ABŞ dövlətçilik tarixərindən çıxış edərək, hansısa vədi verə bilər, amma burada humanizmdən, demokratiyadan yox, regionun bölüşdürülməsindən söhbət gedir. ABŞ-ın demokratiya vədi də inandırıcı deyil, müharibə gedən yerdə hansı demokratiyadan söhbət gedə bilər?”


Vüqar Zifəroğlu isə müqayisəyə bu sözlərlə başlayıb ki, Yaxın Şərqdə, eləcə də Suriya və İraqda baş verən proseslər, iri güclərin bölgədəki maraqlarının toqquşmasından doğan acı reallıqlardır.

Rusiya Hələbdə, ABŞ Mosulda... – MÜQAYİSƏ

“Bu gün istər Qərbin, istər Rusiyanın, istər bölgənin öz aktiv oyunçuları olan qardaş Türkiyənin, İranın, Səudiyyə Ərəbistanının, İsrailin öz maraqları və bu maraqlardan doğan hədəfləri var. Bu ölkələrin hər biri baş verən proseslərə öz pəncərələrindən baxırlar və onlar üçün həqiqət anlayışı tamamilə fərqlidir. Prinsip etibarı ilə nə ABŞ-ın, nə də Rusiyanın keçirdikləri əməliyyatların məqsədləri baxımından fərqləri yoxdur. Onların hər biri bölgədə öz mövcudluqlarını təsdiq etməyə və özləri üçün uyğun şərtləri formalaşdırmağa can atırlar. Bunun üçün Rusiya qırıcıları Suriya iqtidar qüvvələri ilə Hələbi bombalayır, ABŞ isə İraq iqtidar qüvvələri ilə Mosul üzərinə yürüyür”.

Rusiya Hələbdə, ABŞ Mosulda... – MÜQAYİSƏ

Ekspert ABŞ və Rusiyanın bölgəyə müdaxiləsini əsaslandırmaq üçün diqtə etdiyi arqumentlərin də oxşar və fərqli cəhətlərini qeyd edib:


“Bu zaman ortaya çıxan ən maraqlı məqam, prosesdə iştirakı əsaslandırmaq, yəni bir növ status qazanmağa kömək edəcək arqumentlərin müxtəlifliyi ilə bağlıdır. Məsələn, ABŞ, Yaxın Şərqdə gerçəkləşdirdiyi bütün müdaxilələrdə başlıca arqument kimi terror və demokratiya məsələlərini qabartmaqla əsas əldə etməyə çalışır. Rusiya isə, məsələn, Suriya müdaxiləsində başlıca olaraq Suriyanın “legitim, qanuni” iqtidarına terror və üsyançı qruplaşmalara qarşı mübarizədə dəstək arqumentini önə sürür. Lakin aydındır ki, bu dövlətlərin maraqları, sadəcə olaraq bölgədə güclənmək və özlərinə uyğun şərait formalaşdırmaqdır”.

Aytək Yusifsoy
İnterpress.az










Oxşar xəbərlər

Dərmanların qiyməti dolların məzənnəsinə uyğun dəyişəcək


Cəmi səslər: 458