Aparıcı canlı yayında qadının sinəsini öpdü, qamlaqal oldu (VİDEO)backend

Aparıcı canlı yayında qadının sinəsini öpdü, qamlaqal oldu (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gənc qadın canlı TV yayımı zamanı Jean-Michel Maire-nin onu öpmək təklifini rədd etsə də, jurnalist onun döşündən öpüb.

Bu, Fransada etirazla qarşılanan kişilərin cinsi fürsətcilliyi ilə bağlı son qalmaqallı hadisələrdən biridir.

Qadın haqları naziri Laurence Rossignol da daxil olmaqla 250 qəzəbli izləyici hadisə ilə bağlı medi qurumuna şikayət edib, digərləri isə cənab Maire-nin mühakimə olunmasını tələb ediblər.

Cənab Maire deyib ki, o, epizodu təkrarən izləyib və onu \”gülmək tutub\”, Marianne jurnalı xəbər verir. Daha sonra isə jurnalist yarı ciddi tvit edərək üzr istəyib.
Proqramın aparıcısı Cyril Hanouna isə deyib ki, o, bunun \”ciddi məsələ\” olduğunu düşünməyib.

Qadın – Soraya adlı 21 yaşlı rəqqasə L\’Express jurnalına bildirib ki, o, cənab Maire-nin hərəkətindən şoka düşüb – \”Mən insanam, əşya deyiləm\”, o deyib./BBC/

İnterpress.azhttps://youtube.com/watch?v=1k1cT6b_VjM