Səhər saat 10-dək bunları etsəniz…backend

Səhər saat 10-dək bunları etsəniz…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu davranışları vərdiş halına gətirməyə çalışın.

Gülümsəmək

Əgər xoşbəxt olmaq və gözəl bir gün keçirmək istəyirsinizsə, gülümsəməkdən vaz keçməyin. Gülümsəmək həm sizi, həm qarşınızdakını xoşbəxtliyə sövq edəcək. Ona görə günə gülümsəyərək başlayın.

Gərnəşmək

Yataqdan qalxan kimi ilk işiniz bütün bədənimizin açılmasını təmin etməkdir. Gərilmə hərəkətləri edin. Gecə boyu hərəkət məhdud olduğundan səhər yuxudan oyanan kimi əsnəmə və gərilmə hərəkətləri etmək qan dövranını sürətləndirir, əzələləri açır.

Musiqi dinləmək

Bu, çox əhəmiyyətlidir. Dərhal özünüzə gözəl bir musiqi seçin və səhər enerjinizi yüksəltmək üçün saat 10-dan əvvəl mütləq dinləyin. Musiqi dinləmək beynimizin dopamin istehsal edərək, xoşbəxtlik hissinin yaranmasını təmin edəcək.

Meditasiya edin

Meditasiya ilk növbədə diqqət cəmlənməsinə kömək olur. Bununla yanaşı, immunitetin gücləndirir, enerji və xoşbəxtlik bəxş edir. 20 dəqiqə ayırıb meditasiya etməklə bunlara nail ola bilərsiniz. Bunu çox professional bir formada etməyə ehtiyac yoxdur. Rahatlanmağı təmin edəcək bir mühit və rahat bir mövqe kifayətdir.

Təşəkkür etmək

Tədqiqatçılar da sübut edib ki, təşəkkür və minnətdarlıq duyğusu xoşbəxtliyə səbəb olur. Sizi məmnun etməyən düşüncələri başınızdan çıxarıb atmaq həm həyata, həm ətrafınızdakılara qarşı təşəkkür duyğusu içində olmaq sizi rahatlaşdıracaq.

Edəcəklərinizin siyahısını hazırlayın

Gün ərzində etmək məcburiyyətində olduğunuz və etmək istədiyiniz işlərin siyahısını tutun. Bu siyahını əhəmiyyətlilər sırasına görə təyin edin. Beləliklə “mən nə etməliyəm?” kimi narahatlıq yaşamazsınız və gününüzü sistematik şəkildə keçirərsiniz.

Dağınıqlığı aradan qaldırmaq

Otağınızdakı paltarlar, mətbəxdəki qab-qacaqlar, ofis masanızdakı lazımsız əşyalar… Bunların hamısı sizi yorğunluğa sövq edəcək faktorlardır. Bunlara baxdıqca gözünüzdə böyüyür. Elə isə dərhal aradan qaldırmaq faydalı olacaq.

Bol su içmək

Su! Su həyat, xoşbəxtlik və sağlamlıq qaynağımızdır. Buna görə xüsusilə səhər saatlarında bol miqdarda su içmək çox faydalıdır. (lent.az)

İnterpress.az