“BNA-nin 141 Çağrı Mərkəzinə daxil olan müraciətlərin sayı artıb”backend

“BNA-nin 141 Çağrı Mərkəzinə daxil olan müraciətlərin sayı artıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu İnterpress.az-a açıqlamasında Çağrı Mərkəzinin rəhbəri Rauf Mirqulamov bildirib.

Hava şəraitindən , dövlət əhəmiyyətli tədbirlərdən, yol tikintisindən asılı olaraq bu rəqəm gün ərzində arta da bilir. Bakı Nəqliyyat Agentliyin çağrı mərkəzinə daxil olan sorğular daha çox məlumat xarakterlidir. Məsələn, bir məntəqədən digərinə necə və hansı avtobusla gedə bilərik kimi sorğular olur, daxil olan şikayət sorğuları isə əsəsən ictimai nəqliyyatla bağlı olur:

“Şikayətlər əsasən avtobusların intervallarının çox olması, sürücünün dayanacaqdan kənar saxlaması, sərnişinlə kobud davranışı və sükan arxasında siqaret çəkməsi, mobil telefondan istifadə etməsindən ibarətdir. Son günlərdə havanın yağıntılı keçməsi ilə əlaqədar olaraq daxil olan müraciət və şikayətlərin də sayını artırıb. Hər bir şikayət Bakı Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən qeydə alınaraq ayrı – ayrılıqda araşdırlır və bütün müraciətlərə baxılır” – deyə qurum rəhbəri fikirini yekunlaşdırıb.

Gülşanə Mustafayeva
İnterpress.az