Limonlu marmeladbackend

Limonlu marmelad

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:
Su – 120 ml.
Şəkər tozu – 400 qr.
Jelatin – 1 paçka
Qaynadılmış soyudulmuş su – 600 ml.
Limon – 3 ədəd

Hazırlanması:
Limon yuyulur, qabığı soyulur. Jelatin 60 ml soyuq suda isladılıb, 10 dəq. saxlanır.
Şəkərlə su qarışdırılıb odun üzərində qaynara düşənə kimi qarışdırılır. Sirop hazırlanır. Oddan götürülüb üzərinə jelatin qatılır.
Üzərinə limon sıxılır, qarışdırlıb süzgəcdən süzülür.
Ətirli maye buz üçün formaya tökülür, üzəri bağlanıb soyuducuda 3 saat saxlanır.
Hazır marmelad şəkər tozu içində gəzdirilib, boşqaba yığılır.

İnterpress.az