ATU-də korrupsiya: Tələbə biletinə görə 5 manat pul yığılır – FOTObackend

ATU-də korrupsiya: Tələbə biletinə görə 5 manat pul yığılır – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İnterpress.az-a universitetin tələbələri məlumat verib.
Tələbələr bildirib ki, tələbə biletlərinin dəyişdirilməsi ilə bağlı olaraq hər tələbədən 5 manat pul yığılır. Bundan əlavə, tələbələr univerisitetə 1500 AZN məbləğində təhsil haqqı ödədiklərini qeyd ediblər. Bu da azmış kimi onlardan digər xərclər də tələb edirlər:

\”İqtisadiyyat və idarəetmə fakülətəsinin dekan müavini İsa Əhmədov tələbələrə xəbərdarlıq edib ki, yeni tələbə biletinin verilməsi ilə bağlı olaraq hər tələbə 5 manat pul ödəməlidir. Tələbələr isə pul yığılmasının qanunsuz olduğunu bildirib, etiraz edilbər. Dekan müavini isə əks təqdirdə tələbələri universitetə buraxılmayacağını söyləyib. Tələbələrin razılığı olmadan yeni biletin bir tərəfinin turniket, bir tərəfinin tələbə bileti olacağını qeyd ediblər. Tələbə biletinin pullu olması qanunsuzdur. Bunu Təhsil Nazirliyi özü tənzimləyir. Bəs niyə pul ödəməliyik ki?!”, – deyə tələbələr şikayətlərini bildirib.

Xatırladaq ki, ATU-də korrupsiya hallaları dəfələrlə olub. Belə ki, ötən il korrupsiyaya yol verdikləri üçün kütləvi şəkildə dekan vəzifəsini icra edənlər işdən azad edilmişdir.

ATU-də korrupsiya: Tələbə biletinə görə 5 manat pul yığılır - FOTO

Gülşanə Mustafayeva
İnterpress.az