Turizm şirkətləri vakansiyalarını açıqlayacaq – ƏMƏK YARMARKASIbackend

Turizm şirkətləri vakansiyalarını açıqlayacaq – ƏMƏK YARMARKASI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mədəniyyət və Turizm Nazirliyindən fins.az-a verilən xəbərə görə, tələbə və məzunların əmək bazarına inteqrasiyasına kömək göstərmək məqsədilə təşkil edilib.

Nazirliyin sektor müdiri Bəxtiyar Qılınc bildirib ki, “Karyerada ilk addım” adlı əmək yarmarkasında turizm sənayesində çalışan 60-a yaxın şirkət iştirak edəcək. Onların sırasında otellər, turizm şirkətləri, istirahət mərkəzləri və digər sənaye subyektləri olacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən xəbərə görə, yarmarkada Hilton otel, “ATA Travel”, AF Otel, Abşeron Otel, “Qlobeks” MMC, “Frestayl Safari Travel”, Austin Otel, İnturist Otel, “Pasaj Otel”, Bakı Bulvar Otel, Marine Plaza, “Bakı XXI Əsr” MMC, AMBASSADOR Hotel, “ELİT” MMC, “Emerald” Otel, “Sərin” Şirkəti, “Millenium” Turizm Şirkətinin iştirakı gözlənilir. Yarmarkaya çıxarılacaq vakansiyaların dəqiq sayı isə gələn həftə açıqlanacaq. Tələbə və məzunların yarmarkaya cəlb olunması isə Turizm və Menecment Universitetinə həvalə edilib. Ali məktəb əmək yarmarkası ilə bağlı məlumatların onlara çatdırılması üçün xüsusi bukletlər hazırlayıb.

İnterpress.az