«Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Zalber gələn həftə Azərbaycana səfərə gələcək», – deyə Aİ-nin Bakı nümayəndəliyindən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Səfər çərçivəsində H.Zalber Bakıda rəsmi şəxslərlə ikitərəfli əlaqələrin inkişafı məsələlərini, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını müzakirə edəcək.
İnterpress.az