“Pakistanla Azərbaycan çətin vaxtlarda bir-birinə dəstək olub”backend

“Pakistanla Azərbaycan çətin vaxtlarda bir-birinə dəstək olub”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az APA-ya istinadən xəbər verir ki, M. Hüseynin məktubunda deyilir:
“Zati-aliləri, Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə sizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram. Pakistan ilə Azərbaycan arasında sıx əlaqələr mövcuddur. Ölkələrimiz və xalqlarımız arasında dostluq əlaqələri qarşılıqlı hörmət, mədəni dəyərlərin ümumiliyi, həmçinin regional və beynəlxalq məsələlər üzrə mövqelərimizin oxşarlığı əsasında qurulub. Ölkələrimiz həmişə sınaq anlarında və çətin zamanlarda bir-birinə dəstək olublar. Əminəm ki, ölkələrimiz arasında mövcud münasibətlər gələcək illərdə daha da güclənəcək. Cənab Prezident, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və Azərbaycan xalqına tərəqqi arzulayıram. Zati-aliləri, mənim dərin ehtiramımı və xoş arzularımı qəbul edin”.

İnterpress.az