Siyəzəndə qadını maşın vurubbackend

Siyəzəndə qadını maşın vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, hadisə Siyəzən-Zarat yolunun Beşdam kəndi ərazisindən keçən 11-ci km-də baş verib.
Belə ki, Siyəzən rayonu, Beşdam kənd sakini, 1979-cu il təvəllüdlü Cəfərova Bibixanım Elman qızı yolu keçmək istəyərkən \”53-AA-076\” dövlət qeydiyyat nişanlı \”KİA Rio\” markalı minik maşını tərəfindən vurulub. Sürücünün kimliyi barədə hələlik məlumat yoxdur.
Xəstəxanadan verilən məlumata görə, xəstə müştərək qapalı kəllə-beyin travması, alın nahiyəsinin çapılmış yarası, aşağı ətrafların sıyrılmış yaraları diaqnozu ilə stasionar müalicəyə cəlb olunub.
Faktla bağlı Siyəzən Polis şöbəsində araşdırma aparılır. (report.az)

İnterpress.az