“Bizə diplomatların rotasiya yolu ilə dəyişdirilməsi yox…”backend

“Bizə diplomatların rotasiya yolu ilə dəyişdirilməsi yox…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin deputatı, əməkdar jurnalist Sahib Əliyev ATƏT-in Minsk qrupunun 2016-cı il üçün yekun səfərini İnterpress.az saytına şərh edib.

Millət vəkili bildirib ki, Fransa həmsədrinin əvəz olunmasını ciddi hadisə hesab etmirəm.

“Bu hal ABŞ-da da olsa, Rusiyada da olsa eyni reaksiyanı verərdim. Çünki biz dəflərlə belə hadisələrin şahidi olmuşuq. Bizə həmsədrlik edən dövlətlərin prosesə qoşduqları diplomatları rotasiya yolu ilə dəyişdirilməsi yox, öz vasitəçilik missiyalarını layiqincə yerinə yetirmələri lazımdır”.

Sahib Əliyev əlavə edib ki, prosesin həlli üçün ilk növbədə işğalçı öz adı ilə çağırılmalıdır.

“İşğalçıdan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə əməl etməsi tələb olunmalıdır. Bunlar həmsədr ölkələrin daimi üzv olduğu BMT Təhlükəsizlik Şurasının verdiyi qətnamələrdir”.

Millət vəkili həmçinin qeyd edib ki, münaqişə tərəflərinin prezidentlərinin görüşünün təşkil edilməsi istiqamətində olan uğurlu və uğursuz cəhdlərin hansısa nəticə verəcəyinə inanmıram.

Aytək Yusifsoy
İnterpress.az