ABŞ prezident seçkiləri niyə əhəmiyyətlidir?backend

ABŞ prezident seçkiləri niyə əhəmiyyətlidir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az seçkiqabağı rəylərə istinadən bu sualın cavabını tapmağa çalışıb.

Hər bir dövlətin xarici siyasətdə birinci növbədə öz mənafeyini güdməsi bir tərəfdən Həsən Ruhaninin sözlərində hardasa həqiqət olduğunu göstərir. Lakin, dəyişən siyasi mühit qədər, dinamik proseslərə cavab verən lider də bir o qədər əhəmiyyətlidir.

ABŞ siyasi sistemindən irəli gələn nəzarət mexanizminə görə namizədlərdən hər hansı biri hakimiyyətə gələrsə, daxili siyasətdən çox xarici siyasətdə dəyişikliklər etmə imkanına sahib olacaq.

ABŞ prezident seçkiləri niyə əhəmiyyətlidir?

Maraqlısı odur ki, ABŞ-da prezidentlik seçkisi ərəfəsində respublikaçılar içində də Donald Trampa qarşı böyük bir müxalifət var. Buna baxmayaraq, Tramp partiya daxilindəki rəqiblərini ötüb keçərək bu qədər yüksəlişə nail olub. Qeyri-adi siyasi davranış üsuluna və fikirlərinə görə tənqid atəşinə tutulan Trampın seçilmə ehtimalına narahat olanların sayı heç də az deyil. Almaniyanın “Der Spiegel” jurnalı çoxdan Trampı dünya üçün böyük təhlükə adlandırıb. Hətta iş o yerə çatıb ki, “Yeni Müsavat” partiyasının sədri Hafiz Hacıyev də onu “başdanxarab” adlandırıb.

ABŞ prezident seçkiləri niyə əhəmiyyətlidir?

Sonuncu sorğulara görə rəqibindən daha irəlidə olan Hillari Klinton isə ABŞ-ın İraqdakı müharibəsinə dəstək verməklə, Obamanın Rusiyaya Suriya məsələsində yumşaqlığını tənqid etməklə respublikaçılar içərisində də özünə rəğbət qazanıb. Klinton isə seçiləcəyi təqdirdə, daha çox beynəlxalq terorizmlə və radikal qruplaşmalarla mübarizəyə yönələcək. Bu o deməkdir ki, Obamanın siyasi gedişlərinə əks çıxmadan sadəcə bu vəziyyətin dozasına müdaxilə edəcək.
Obamanın siyasi kursu qlobal problemlərin arxa plandan idarə edilməsi istiqamətində idi. Bəs görəsən,o, Obamanın səlahiyyətlərinin son vaxtlarında Orta Şərqdə yol verdiyi bəzi yanlışları düzəltməyə qadir olacaqmı?

Politoloq Rasim Musabəyov da Kerrinin açıqlaması ilə bağlı İnterpress.az saytına şərh verərkən, ABŞ-dakı prezident seçkilərinin Qarabağ münaqişəsinin həlli istiqamətində müəyyən qədər rol oynayacağını ifadə etmişdi.

Aytək Yusifsoy
İnterpress.az