Türkiyənin Mosulda mövcudluq səbəbləribackend

Türkiyənin Mosulda mövcudluq səbəbləri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu sözləri millət vəkili, politoloq Elman Nəsirov Mosulda baş verən prosesləri İnterpress.az saytına ətraflı şərh edərkən söyləyib.

Millət vəkili əvvəlcə ABŞ-ın Yaxın Şərq siyasətinə diqqəti çəkərək bildirib ki, 2004-cü ildə ABŞ-da Böyük Yaxın Şərq layihəsi dərc olundu,hətta o elan edildi.

“Böyük Yaxın Şərq planına görə faktiki olraq ABŞ Yaxın Şərq regionunda İraqın timsalında siyasi rejimin dəyişdirilməsi ilə bir domino effektinə nail olmaq istəyirdi. Nəticədə İraqdan sonra digər Yaxın şərq ölkələrində də anoloji proseslərin baş verəcəyi və siyasi rejimlərin dəyişəcəyi ilə bağlı planlar mövcud idi. Lakin ABŞ-ın 2003-cü ildə İraqa daxil olması və hadsələrin sonrakı gedişatı göstərdi ki, ABŞ siyasi rejimi dəyişdirə bilsə də, domino effekti meydana gəlmədi, yəni digər ölkələrdə istədiyi nəticələri əldə edə bilmədi. Bu o demək deyil ki, ABŞ özünün Yaxın Şərq planından əl çəkdi. Bu plan tarixin səhifələrinə atılmayıb, istənilən məqamda ABŞ onu yenidən tətbiq edə bilər”.

Türkiyənin Mosulda mövcudluq səbəbləri

Elman Nəsirov Türkiyənin regiondakı fəaliyyətinin ilk növbədə öz təhlükəsizliyini qorumaq istiqamətində olduğunu söyləyib:

“Təbii ki, Türkiyənin regionda öz maraqları var, eyni zamanda Türkiyə vahid, bütöv İraq ideyasını dəstəkləyir. Bununla yanaşı İraqda ayrıca bir kürd dövlətinin yaradılması nəticə etibarilə, kürdlərin kompakt şəkildə yaşadığı, həm Suriyada,həm İranda, həm Türkiyədə mərkəzdən qaçan qüvvələrin aktivləşməsinə gətirib çıxara bilər. Bu proses isə Türkiyənin parçalanmasını belə labüb edə bilər. Ona görə də Türkiyə əslində Mosulda mübarizə aparmaqla, eyni zamanda Türkiyənin ərazi bütövlüyü məsələsini də göz önünə alır. Bundan çıxış edərək öz siyasətini müəyyən edir. Türkiyə bu məsələlərdə çox qətiyyətli bir mövqedə dayanıb, çünki əslində İraqın parçalanması, (İraqda indi faktiki olaraq muxtar kürd dövləti var) muxtar kürd dövlətinin gələcəkdə ayrıca müstəqil bir dövlətə çevrilməsi, qorxulu tendensiyalara gətirib çıxara bilər. Suriyada da anoloji hadisələrin baş verməsi nəticə etibarilə, Türkiyənin ərazi bütövlüyünün pozulmasına istiqamətində təhdid yaradar.

Türkiyənin Mosulda mövcudluq səbəbləri

Politoloq vurğulayıb ki, Türkiyə proseslərin müxtəlif inkişaf senarilərini hesablayır.

Türkiyənin qənaəti ondan ibarətdir ki, bu məsələdə olduqca qətiyyətli mövqedə dayanmaq lazımdır.Vaxt itirmək, hər hansı qətiyyətsiz addım atmaq Türkiyə üçünn çoxsaylı problemlər yarada bilər. Bunu qeyd etmək lazımdır ki, Türkiyənin Mosulla əlaqədar atdığı addımlar əslində 1920-ci illərdə imzalanmış sənədlərə dayanır. Yəni Türkiyənin Mosul üzərində tarixən də müəyyən öhdəlikləri var. Buna görə də hesab edirəm ki, Türkiyənin atdığı addımlar həm tarixi reallıq baxımından, həm də Türkiyənin dövlət maraqları baxımından kifayət qədər doğru addımlardır.

Elman Nəsirov ABŞ və Türkiyə münasibətlərinin müttəfiqlik çərçivəsində olduğunu və bunun bu cür də davam edəcəyini qeyd edib:

\”Bir çox hallarda ABŞ-ın Türkiyə ilə bağlı davranışı, siyasəti müttəfiqlik münasibətlərinə uyğun gəlməyən bir siyasət kimi diqqəti cəlb edir, amma əslində 1947-ci ildən bəri iki ölkə arasında imzalanan sazişə əsasən bu ölkələr müttəfiqdir. 1952-ci ildə Türkiyə NATO üzvü ölduqdan sonra münasibətlər həm də hərbi-strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. NATO nizamnaməsinin beşinci maddəsinə əsasən, NATO üzvlərinin birinə qarşı təcavüz baş verərsə, digər üzv dövlətlər müttəfiqlik münasibətlərini əsas gətirərək onun müdafiəsinə qalxmalıdır. Yəni Türkiyə və ABŞ arasındakı münasibətlər bütün parametrlər üzrə müttəfiqliyə əsaslanıb”.

Türkiyənin Mosulda mövcudluq səbəbləri

Poltoloq ABŞ-Türkiyə münasibətlərinə soyuqluq yaranmasını ABŞ prezidentinin davranışları ilə əlaqələndirib:

“Obamanın hakimiyyətdə olduğu 8 il müddətində ABŞ-ın müttəfiqləri ilə münasibətləri elə də ürəkaçan səviyyədə olmayıb. Birinci şəxslərin davranışı çox zaman münasibətlərə xələl gətirir. Bu mənə onu xatırladır ki, 2003-cü ildə ABŞ prezidenti Corc Buş İraqa hücum edərkən onun müttəfiqi Fransa prezidenti Jak Şirak bu hücumda iştirak etməyəcəyini bəyan etdi. Nəticədə Corc Buşla münasibətlərin gərginləşməsi o səviyyəyə çatdı ki, onlar beynəlxalq tədbirdə üz- üzə gələrkən bir birilə görüşmədən ayrıldılar. Yəni onlar rəsmi görüş çərçivəsində belə bir-birilərinə əl uzatmadılar. Lakin bu o demək deyildi ki,bu iki dövlətin münasibətləri tamamilə pisləşəcək və bir daha düzəlməyəcək. Bu gün nə Buş hakimiyyətdədir, nə də Jak Şirak. Amma Fransa və ABŞ yenə də müttəfiqdir”.

Türkiyənin Mosulda mövcudluq səbəbləri

Millət vəkili ABŞ-da prezident seçkilərinin də bu münasibətlərin gələcəyi üçün yaratdığı perspektivləri gözdən qaçırmayıb:

“Bunu ABŞ-da da sağlam dərk edənlər var. Yəni bir çoxları Türkiyənin ABŞ-ın Yaxın Şərq siyasətində əhəmiyyətinin fərqindədir. Bu nöqteyi nəzərdən yanaşsaq ABŞ ilə Türkiyə arsında müəyyən fikir ayrılıqları olsa belə, onlar strateji müttəfiq olaraq qalır. ABŞ-da Obamanın səlahiyyətlərinin bitməsinə çox qısa müddət qalır. ABŞ-da məhz Hillari Klintonun qalib gəlmə şansı daha yüksək qiymətləndirilir. Amma hər halda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, onlar Barak Obamanın Türkiyə ilə bağlı, ümumiyətlə Yaxın Şərqlə bağlı buraxdığı səhvləri təkrar etməyəcəklər . Çünki belə səhvlər nəticə etibarilə regionun ən əhəmiyyətli ölkəsini itirməyə səbəb ola bilər. Aydındır ki, bu proseslər iki ölkə arasındakı münasibətlərə müəyyən soyuqluq elementləri gətirilib”.

Aytək Yusifsoy
İnterpress.az