“İlk görüş üçün “ən axmaq yer” kafedir – Britaniya mətbuatıbackend

“İlk görüş üçün “ən axmaq yer” kafedir – Britaniya mətbuatı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, məqalədə deyilir ki, bir fincan kapuçinonun buğu üstündən romantik baxışların mübadiləsi çox nadir hallarda toyla nəticələnir.
Məşhur \”elçi\” deyir ki, ilk görüş yeri kimi kafeteriyaları seçənlərin 99, 9 faizi evlənə bilmir.
\”Görüş yeri əsas məsələdir\” – deyib milyonçu aradüzəldən Louanne Vard.
\”Əgər qəhvə masasından sonra ikinci görüşə nail ola bilmizinizsə, bilin ki, siz milyon adamdan birisiniz. Normal halda ilk görüş yeri kimi qəhvəxananı seçənlər adətən uğur qazanmırlar\” – deyib Louanne Vard.
Tanışlıq firmasınınn sahibi deyir ki, o, qəhvəsiz tanışetmə siyasəti yürüdür. Onun fikrincə, siz gələcək həyat yoldaşınızla bir fincan qəhvəni uzaqbaşı dəniz sahilində əl-ələ gəzdikdən sonra içə bilərsiniz.
\”İnsanın başqa bir insanla ruhi təmas qurması üçün vaxt lazımdır\” – deyib xanım Vard.
Onun fikrincə elə buna görə də ilk görüşün uğurlu olmasında həftənin günü də əsas rollardan birini oynayır.
Cümə, şənbə və bazar axşamlarından qaçmaq lazımdır, çünki həmin günlər hay-küy çox olur və insan əlavə gərginliyə məruz qalır.
\”Evləndirmə eksperti\” deyir ki ilk görüş üçün ən münasib günlər bazar ertəsindən cümə axşamına qədər olan günlərdir. Məhz bu görüş zamanı şənbə və bazar günü üçün birgə nahar barədə razılığa gəlmək olar.
Elə isə ilk sevgi görüşü üçün ən mükəmməl yer haradır? Xanım Vard düşünür ki, bu mənada ən yaxşısı kokteyl masasıdır. Burada siz hansı kokteyli seçəcəyiniz barədə müzakirə aparırsnız. Burada yemək üçün də nə isə sifariş etmək olar.
Uğurli ilk görüşün başqa qaydaları da var. Oğlanlar heç vaxt sevgililərindən artıq ətir vurmamalıdırlar. (bbc)

İnterpress.az