Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Məktəblilərin intihar etməsinin ilkin səbəbləri – Faktlar

Son 4 il ərzində Azərbaycanda orta məktəb şagirdləri arasında intihar halları artıb. Hətta son 4 il ərzində orta məktəb şagirdləri arasında baş verən intihar və ya intihara cəhd hallarının sayı son 15 ildəkindən dəfələrlə çoxdur.

Dərc edilib 8 noyabr 2016 [11:50]

Bu barədə İnterpress.az-a təhsil üzrə ekspert Kamran Əsədov danışıb.

Məktəblilərin intihara meyilli olması isə müxtəlif amillərdən qaynaqlana bilər. Əsasən, yeniyetmələrin psixoloji təsirə məruz qalması, sevgi münasibətləri, iqtisadi amillər, məktəb direktorlarının və müəllimlərin onlara qeyri etik, sərt münasibəti, valideyinlərin onlarla düzgün münasibət qurmaması kimi arqumentlər üstünlük təşkil edir:
“Mən hesab edirəm ki, insanın ən çox psixoloji sarsıntıya məruz qaldığı dövr, məhz 7 yaşdan 17 yaşa qədər olan vaxtdır. Bu səbəbdən də, həmin yaşda olan uşaqlar mütləq mütəmadi olaraq, psixoloq nəzarətində olmalıdır. Elə buna görə də, beynəlxalq praktikaya uyğun olaraq, bütün məktəblərdə psixoloqlar işləyir. Azərbaycan Respublikası Təhsil Nazirliyi və "Təhsil haqqında" Qanunun və "Orta Məktəblərin Nümunəvi Nizamnaməsi"nin tələblərinə görə orta məktəblərdə bütün fəaliyyət növləri, həmçinin psixologiya üzrə kadrlar olmalıdır. Amma reallıq tam fərqlidir. Təəsüflər olsun ki, rayonlarda və ucqar kəndlərdə nəinki psixoloqlar, hətta fənnləri tədris edən savadlı kadrlar baxımından çatışmazlıqlar var. Bəzən görürsən ki, hansısa ucqar kənd məktəbində bir müəllim müxtəlif fərqli fənnlərdən dərs deyir. Biz burda şagirdə hansı keyfiyyətli psixologi xidmətdən danışa bilərik? Düzdür, Bakı məktəblərində isə vəziyyət bir qədər fərqlidir. Paytaxtda müəllim çatışmazlığı olmasa da, psixoloq problemi var. Orta məktəblərin çoxunda psixoloqlar yoxdur, yaxud onlar vəzifələrini düzgün yerinə yetirə bilmirlər”.
K. Əsədpv əlavə edib ki, psixoloqdan əvvəl, ilk növbədə Məktəblərdə sinif rəhbərləri, direktorlar da uşaqlarla işləməyi bacarmalıdır. Şagirdlərin ailəsindəki problemlərlə maraqlanmalıdır. Şagirdlərin psixologiyasında hansısa dəyişiklik gördükdə mütləq müdaxilə etməli, valideynlərə, mütəxəssislərə məlumat verilməlidir:

Məktəb direktorları rəhbərlik etdikləri müəssisədə düzgün iş çəraiti yaratsalar bu hallar ortaya çıxmaz. Şagird intiharları demək olar ki, olmaz. Acınacaqlı hal odur ki, məktəblərdə çalışan psixoloqların çoxu peşəkar deyil. Bəla orasıdır ki, bu vəzifədə çalışanların əksəriyyətinin hətta psixologiya üzrə təhsili belə yoxdur:

"İntihar hallarının məktəblilər arasında artmasının səbəbi orta təhsil müəssisələrində psixoloqların və direktorların zəif işləməsidir. Nəzərə alsaq ki, valideynlər səhər işə gedib, axşam evə gəlirlər, demək uşaq ən çox məktəbdə vaxt keçirir. Belə olan halda, şagirdlərin problemlərilə məktəb rəhbərliyi və orada çalışan psixoloqlar maraqlanmalıdır. Məktəblərdə bu sahədə çalışanların əksəri psixologiya üzrə təhsil almayıb. Çox təssüf ki, bu gün məktəblərdə çalışan psixoloqların əksəriyyətinin özlərinə psixoloq lazımdır. Onların çoxunun işi şagirdlərin problemlərini dinləmək, problemlərin həlli istiqamətində məsləhət vermək yox, bu barədə məktəb direktoruna satqınçılıq etməkdən, söz aparıb gətirməkdən, direktora çay daşımaqdan ibarətdir. Bu gün Azərbyacana orta məktəblərində azı 1 psixoloq, əgər uşaqların sayı min nəfəri keçirsə, 2-3 mütəxəssis çalışmalıdır. Amma heç biri gedib uşaqları dinləmir. Onların fizioloji problemlərini soruşmurlar. Hesab edirəm ki, orta məktəblərdə psixoloq yerinə savadlı kadrlar götürülməlidir. Buna görə də bir çox psixoloqlar əsas işi görmürlər. Yenədə qeyd edirəm ki, təəsüflər olsun ki, əslində şagirdlərlə işləməli olan psixoloqlar hal-hazırdaa sadəcə, məktəb direktorunun taspşırığını yerinə yetirirlər”

Gülşanə Mustafayeva
İnterpress.az

















Oxşar xəbərlər





Dərmanların qiyməti dolların məzənnəsinə uyğun dəyişəcək


Cəmi səslər: 445