Lombardlar əhalinin əmanətini niyə geri qaytarmır? – Münasibətbackend

Lombardlar əhalinin əmanətini niyə geri qaytarmır? – Münasibət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1998 ci il qərarında lombardların fəaliyyət göstərməsi qaydları müəyyən qəbul edilmişdir. Ancaq Bundan sonra elə ciddi qanun layihəsi hazırlanmadı:

Bunu İnterpress.az-a millət vəkili Vahid Əhmədov son zamanlar lombardların fəaliyyətində yaşanan ciddi nöqsanlara – vətəndaşın əmanətini geri qaytarmaması kimi hallara münasibət bildirərkən deyib.

1998 ci il qərarındalombardların fəaliyyət mexanizmi Maliyyə Nazirliyinə tapşırılmışdır. Sonradan bu mexanizim həyata keçirlməsi zəyiflədi. Təklif edirəm ki, lombardların fəaliyyət mexanizmin Maliyyə Bazarları Nəzarət Palatasına verilsin. Çünki, Maliyyə Bazarına Nəzarət Palatası ciddi qurum olduğu üçün lombardların fəaliyyətinə nəzarət etməsi öz faydasını mütləq şəkildə verəcək. Vergi orqanları lombardlardan yalnız vergisini alıb gedir. Onlar nəzarət mexanizmini həyata keçirmirlər. Bir vaxtlar bank sistemi yaxşı işləyəndə ciddi problemləri yox idi. İndi bu sektorda problemlər yaşanır deyə əhali lombarda mürcaiət edirlər. Amma lombardlar da işini doğru düzgün həyata keçirmir. Bizə də yol verilən nöqsanlarla bağlı şikayətlər gəlir”.

P.S. Lombardlar çıxılmaz vəziyyətdə qalan vətandaşı lap quyunun dibinə aparıb salırlar. Bankların adı və ünvanı bəll olduğu üçün şikayət edəndən aydın olur ki, vətəndaş hansı bankdan danışır. Problem yaşananda ən azı məhkəməyə müraciət etmək mümkün olur. Amma əmanətini – ziynət əşyalarını geri almaq istəyən vətəndaş nə lombard sahibini, nə də onun ünvanını tapa bilir. Lombard sahibi qaçıb aradan çıxır, binanın zirzəmisində fəaliyət göstərdiyi ofisinin qapısını yaxşıca qıfıllayır. Olan isə vətdaşa olur. Lombar sahibinin nə iyin, nə də ki tozun tapa bilir.

Gülşanə Mustafayeva
İnterpress.az