“Düşmən ölkəsi təşvişdədir”  –  POLİTOLOQbackend

“Düşmən ölkəsi təşvişdədir” – POLİTOLOQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət başçısı İlham Əliyevin ön xəttə gedərək hərbçilərlə görüşməsi düşmən ölkəni təşvişə salıb.

Bunu İnterpress.az-a politoloq Elçin Mirzəbəyli bildirib.

E.Mirzəbəyli əlavə edib ki, ermənilər həmsərhəd əraziləri tərk edirlər. İşğalçı ölkə bu prosesin qarşısını almaq üçün məqsədyönlü şəkildə belə məlumatlar yayır:

“Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı işğaldan azad etmək əzmində və gücündədir. Əgər döyüşlər başlayacaqsa, bu barədə rəsmi məlumat veriləcək. Bu baxımdan cəbhə xətti ilə bağlı məlumatlara xüsusi diqqət yetirmək və bu məsələdə yüksək peşəkarlıq nümayiş etdirmək lazımdır”.

Gülşanə Mustafayeva
İnterpress.az