Rusiya-Ermənistan hərbi qrupunun yaradılmasına münasibətbackend

Rusiya-Ermənistan hərbi qrupunun yaradılmasına münasibət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu AzNews.az -a Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə Rusiyanın Ermənistanla birgə qoşun qruplaşması yaratması məsələsini şərh edərkən bildirib.

O, bu təklifin Ermənistan tərəfindən olunduğunu qeyd edib:

“Ermənistan yaxın müttəfiqi olan Rusiya ilə birgə birləşmələr yaratması barəsində təkliflə çıxış edə bilər. Onsuz da onların hava hücumu ilə bağlı birgə qərarları var. Ermənistan ərazisində Rusiyanın hərbi bazası yerləşir. Vaxtaşırı Rusiya Ermənistana əvəzsiz hərbi texnika verir. Azərbaycan hesab edir ki, bu onların daxili işdir. Bu şərtlə ki, hərbi birləşmələr Azərbaycanın ərazi bütövlüyündə problem yaratmasın. Və eyni zamanda Ermənistan bu birləşmələrdən ərazilərimizin işğal altında saxlamaq üçün istifadə etməsin”.

A.Mirzəzadə hesab edir ki, Azərbaycan bu məsələni diqqətdə saxlayacaq:

“Əgər həmin məsələ Ermənistan ərazisindən kənarda istifadə ediləcəksə, o zaman bizim kəskin reaksiyamız olacaq. Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyr. Gələcəkdə isə, inanmıram, Rusiya Azərbaycanın ərazi bütövlüyünü xələl gətirəcək hər hansı addım ata.”

İnterpress.az