Azərbaycan Rusiyaya sərt üzünü göstərsə nə baş verəcək?backend

Azərbaycan Rusiyaya sərt üzünü göstərsə nə baş verəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bunu İnterpress.az-a “Atlas” Araşdırmaları Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib. Bunun üçün ilk addım olaraq Kreml Ermənistan hakimiyyətinə təzyiq edəcək ki, İrəvan Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonu boşaltsın. Əsası olmayan bu proqnozlar doğrulmadı. Əksinə Rusiya hakimiyyəti iki addımı ilə Azərbaycan-Ermənistan qarşıdurmasında birmənalı ikincini dəstəklədi: Rusiya birinci addım olaraq Ermənistana “İsgəndər” raketləri göndərdi ki, hərbi balansda Ermənistan Azərbaycana məğlub olmasın. İkinci addımə isə Ermənistanla birgə qoşun birlikləri yaratdı. Faktiki bu o deməkdir ki, bundan sonra Ermənistan ordusuna Rusiya Müdafiə Nazirliyi nəzarət edəcək. Bu iki addım Azərbaycana qarşıdır. Rusiya bu addımları ilə sübut edir ki, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində, Azərbaycanın ərazi bütövlüyünü təminatında marağı yoxdur”

E. Şahinoğlu Ermənistanın Rusiyadan aldığı hərbi dəstəyi belə izah edir ki, Rusiyaya güvənərək işğalçı siyasətinizi davam etdirə bilərsiniz: “Bundan sonra Ermənistan hakimiyyətinin danışıqlar yolu ilə Dağlıq Qarabağ ətrafındakı rayonları boşaldacağını gözləmək əbəsdir. Belə olan halda rəsmi Bakının Rusiyaya cavabı necə olmasından danışan mərkəz rəhbəri bildirir ki, Putinin Ermənistanla birgə qoşun birliklərini yaradılmasını planlaşdıran sazişə imza atmasından sonra Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun müsahibəsi yayıMlanır və həmin müsahibədə nazir Rusiyanı Azərbaycanın strateji tərəfdaşı adlandırır. Rusiyada Məmmədyarovun bu cümləsini belə anlayacaqlar ki, “biz Ermənistana istənilən hərbi dəstək versək də rəsmi Bakı buna səsini çıxarmayacaq”.

Əslində Azərbaycan Xarici İşlər Nazirliyi və ya nazirliyin mətbuat katibi Rusiya prezidentinin məlum sazişi imzalasından sonra belə bir bəyanatla çıxış etməli idi: “Rusiyanın Azərbaycan torpaqlarını işğal edən Ermənistanla birgə qoşun birlikləri yaratması narahatlıq doğurur. Bu ATƏT-in Minsk Qrupunun həmsədri olaraq Rusiyanın münaqişə həllindəki tərəfsizliyinə kölgə salır. Ümid edirik ki, Rusiya Azərbaycanın ərazi bütövlüyü prinsipinə sadiq qalaraq Ermənistan hakimiyyətini işğal altındakı torpaqları boşaltmağa razı salacaq”.

Gülşanə Mustafayeva
İnterpress.az