“Hamımız azad medianın tərəfdarıyıq”backend

“Hamımız azad medianın tərəfdarıyıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının XVI Baş Assambleyasının birgə açılış mərasimində səsləndirib.

Prezident vurğulayıb ki, Yaxın Şərq, müharibələr, Avropa, postsovet məkanı – burada eyni hadisə fərqli şəkildə təqdim edilir. Yəni, biz burada siyasi motivlər və müəyyən mənada müxtəlif siyasi dairələrin müdaxiləsinin şahidi oluruq. Hadisələrin gedişi müəyyən çərçivəyə salınır, təqdim edilməli olan məsələlər müəyyənləşdirilir, digər mövzular isə qadağan edilir.

\”Hamımız azad medianın tərəfdarıyıq. Hamımızın, xüsusilə də 70 il Sovet İttifaqının tərkibində yaşamış Azərbaycan kimi dövlətlərin doğru məlumata ehtiyacı var. O dönəmdə yalnız vahid rəsmi siyasət və vahid ideologiya mövcud idi və bizim heç bir məlumata çıxışımız yox idi. Təkcə bizim deyil, bütün ölkələrin və xalqların həqiqətən nələrin baş verdiyi ilə bağlı məlumat əldə etmək hüququ var. Əminəm ki, siz bu məsələləri müzakirə edəcəksiniz və Bakı Konqresi fəaliyyətinizdə mühüm addım olacaq\”, – deyə dövlət başçısı qeyd edib.

İnterpress.az