“Bir az ondan artıq özəlləşdirilməsinə imkan verilsin”backend

“Bir az ondan artıq özəlləşdirilməsinə imkan verilsin”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cavid Qurbanov söyləyib ki, ev, obyekt tikintisi aparırsansa, onu özəlləşdirsən də altındakı mülkiyyət (yəni torpaq) sənə aid deyil:

“Bizdə evi satırlar, amma evin altındakı torpaq əmlakının ayrıca özəlləşdirilməsini tələb edirlər. Bu, çox eybəcər bir şeydir. Ona görə də təklif edirəm ki, heç olmasa tikintinin altındakı torpaq mülkiyyətinin də tikinti aparıldığı ərazi qədər və ya bir az ondan artıq hissəsinin özəlləşdirilməsinə imkan verilsin”. Deputat Vahid Əhmədov və Tahir Mirkişili isə əlavə edib ki, bu yaxınlarda Tikinti və Şəhərsalma Məcəlləsinə edilən dəyişikliklərdə bu məsələlər müəyyən mənada öz əksini tapıb.

Cavid Qurbanov isə əlavə edib ki, belə olan təqdirdə, bəs rayon icra hakimiyyətlərinin tikinti aparmaq üçün verdiyi sərəncamlar nəyə lazım olacaq?

\”Ona görə də, bu anlaşılmazlığın və problemin aradan qaldırılması və qanunvericiliyin daha da təkmilləşdirilməsi ilə bağlı ölkə rəhbərliyinə millət vəkilləri adından müraciət ünvanlayaq”. ( modern.az )

İnterpress.az