Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Böhranda olan bank sektoru necə mənfəət qazanıb? - ŞƏRH

Böhran bank sektorunu vurmayıb və hətta banklarımız mənfəət qazana biliblər.

Dərc edilib 23 noyabr 2016 [16:32]

Şəffaflıq və hesabatlılıq təkcə banklar və bank olmayan kredit təşkilatları üçün yox həm də monetar siyasətə məsul qurumlar üçün olmalıdır. Mərkəzi Bank 2014-cü ildən bəri statistik hesabatlarının həm dövriliyini, həm də məzmununu məhdudlaşdırır, vacib məlumatlar hesabatdan çıxarılır. Maliyyə Bazarlarına Nəzarət Palatasının rəsmi internet saytında öz fəaliyyəti barədə hesabata, qəbul etdiyi qərarlara rast gəlmək olmur.

Bunu İnterpress.az-a iqtisadçı ekspert Samir Əliyev Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Banklarda korporativ idarəetmə standartları”nın tələblərinə müvafiq məlumatların açıqlanması ilə bağlı banklara xəbərdarlıq məktubu göndərməsindən və hətta bu tələblərə əməl etməyən 10-dan çox banka qarşı maliyyə sanksiyasının tətbiq edilməsindən danışarkən deyib.

Hesabatların ilkin analizi maraqlı nüanslar ortaya çıxarıb. Hesabatlardan məlum olur ki, böhran bank sektorunu vurmayıb və hətta banklarımız mənfəət qazana biliblər: "Bank qanunvericiliyinin tələblərinə əməl edən, risk menecmentini düzgün quran və nəhayət ictimaiyyətdə “güclü bank” imici olan bankların zərərinin yüksək olması fonunda reputasiyası zədəli olan, adı bağlanmaq ehtimalı yüksək olan banklar arasında hallanan bankların maliyyə nəticələri yaxşı olub və hətta mənfəət də qazana biliblər".

Bu, necə ola bilər? sualına cavab olaraq S. Aliyev bildirir ki, Əgər AccessBank, Yapı Kredi Bank Azərbaycan, Xalq Bank, Bank of Baku, Bank Respublika, Unibank kimi banklar zərər etdiyi halda digər banklar necə mənfəət əldə edə bilər? Əlbəttə mənfəət qazanan bütün bankları nəzərdə tutumuram. Ümumiyyətlə, bu hesabatlar nə dərəcədə reallığı əks etdirir? Bu gün mənfəət qazanmış bank sabah bağlansa bu, nə dərəcədə məntiqli olacaq? Suallar çoxdur?. Bunların cavablarını həmin banklar və Palata verə bilər. Ancaq fikrimcə, xüsusilə 2 sualın cavabı bizə vəziyyəti real qiymətləndirməyə imkan verər: “Banklar verdikləri kreditlərin qaytarılmama səviyyəsini necə qiymətləndirirlər? Problemli kreditlər üzrə ehtiyatları hansı səviyyədə yaradırlar? Bu iki sualın cavabı banklarımızın vəziyyətini düzgün qiymətləndirməyə, hesabatların dəqiqliyini müəyyənləşdirməyə imkan verəcək. Palatanın bu məsələlərə diqqət yetirməsi yaxşı olardı”.

Gülşanə Mustafayeva
İnterpress.az















Oxşar xəbərlər





Dərmanların qiyməti dolların məzənnəsinə uyğun dəyişəcək


Cəmi səslər: 386