“Qiymət artımı kasıblara təsir etməyəcək”- deyənlərə CAVABbackend

“Qiymət artımı kasıblara təsir etməyəcək”- deyənlərə CAVAB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu sabiq deputat, xalq şairi və Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı qazın və işığın qiymətinin artımı sosial vəziyyəti yaxşı olmayan vətəndaşlara təsir etməyəcəyini deyənlərə cavab olaraq bildirib.

Vicdan, məsuliyyət deyilən şey yoxdurmu bu adamlarda? Utanmırlarmı? Nece yeni qiymət arfımı yalnız qazdan, işıqdan çox istifadə edənlərə şamil edilir, kasıb təbəqəyə təsir göstərməyəcək? Ağıl deyilən nəsnədən bir zərrəcik payı olan şəxs bu sözü necə deyə bilər? Avam sizsiniz, bala! Millət avam deyil! Məgər işıqdan, qazdan çox istifadə edənlər bu ölkədə yaşamırlar? İri şirkətlərin xərcinin artması onun işçilərinin yaşayışına, maaşına, qazancına nece təsir etməyə bilər? Bu bahalaşma kasıb xalqdan nece yan keçə bilər ki, TARİF ZURNASInın səsi çıxmamız bir anda dükan-bazarda hərə öz qiymətini fırladır üzü yuxarı… Milləti narazı salan, ölkəni sosial partlayışa aparan, dövlətin nüfuzunu sarsıdan ağılsız qiymət siyasətinə haqq qazandırmaq istəyənlərin cürük bir söykənəcəkləri var: \”Beynəlxalq standartlar, dünya bazarındakı qiymətlər… Anlamırlar və ya bilə- bilə özlərini anlamaz yerinə qoyurlar! Bəyəm mənim vətəndaşımım qazancı, maaşı Avropaya uyğundur ki, qiymətləri də ora doğru qovursunuz? Bakı dünyanın ən bahalı şəhərlərindən birinə çevrilib! Siz bu kütləvi soyğunçuluğun əzabını çəkən millətdən deyilsiniz? Bu yolla büdcə dolmaz! Büdcəni doldurmaq istəyirsinizsə bu qadağaları, məhdudiyyətləri, əsassız yoxlamaları, ələbaxanlar sürüsünün araverməyən basqılarını, monopoliyanı, yolkəsmələri, erməni dönmələrinin Bakını gicli işğal xəyanətlərini dayandırın, orta və kiçik sahibkarlığa imkan verin, vəzifələrə öz naşı qohumlarınızı yerləşdirməkdənsə işbilən gənclərə yol açın, islahat adına işsizlər ordusunu böyütməyin, İqfisadiyatı şəxsi maraqlarınıza yox, iqtisadiyyat qanunlarına uyğun qurun… Xalqın səsini dinləyin!\”, – deyə əlavə edib.

İnterpress.az