Özünəinamlı övladı necə yetişdirməli?backend

Özünəinamlı övladı necə yetişdirməli?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Valideynlik haqqında on beş kitab yazmış psixoloq Carl Pickhardt deyir ki, özünəinam hissi olmayan uşaq həyatda çox az şey əldə edə biləcək, çünki həmişə itirməkdən, uğursuzluq və ya məğlubiyyətdən qorxacaq. Belə uşaqlar çətin ki, ciddi karyeraya sahib ola bilsinlər.\”Özünəinamın düşmənləri həvəsdənsalma və qorxudur.
Odur ki, bir valideyn kimi siz öz uşaqlarınızı ürəkləndirməli və onlara dəstək verməlisiniz\” – professor deyir.

Tanınmış psixoloq buna nail olunması üçün valideynlərə 18 məsləhət hazırlayıb:

1. Uşağınızın nədəsə uğur və ya uğursuz olmasına baxmayaraq onların göstərdiyi səyi qiymətləndirin
Uşaq böyüyərkən sanki səfərə çıxır və bu səfərin özü onun məqsədindən daha mühümdür.
Uşağınız qol vuranda da, top qapının üstündən keçəndə də onu alqışlayın. Belə olduqda o səhv etməkdən çəkinməyəcək.

2. Səriştəlilik üçün təcrübəyə həvəsləndirin
Uşağınız nə ilə maraqlanırsa maraqlansın, məhz o şeydə onun təcrübə qazanmasına şərait yaradın. Amma bu zaman onlara əlavə təzyiq göstərməyin.
Məşhur pianoçu Harmony Shu deyib ki, ona pianonu dınqıldatmağa üç yaşından icazə veriblər.

3. Qoyun problemləri özləri həll etsinlər
Əgər siz bütün çətin işləri uşağınızın əvəzinə görsəniz o heç vaxt öz problemlərini həll etməyi öyrənə bilməyəcək.
Qoyun uşağınız köməksiz olaraq orta qiymətlər qazansın, nəinki sizin əvəzçiliyinizlə əla qiymət.

4. Onların öz yaşlarına uyğun hərəkətlərinə mane olmayın
Psixoloq deyir ki, uşağınızdan özünü böyük adamlar kimi aparmasını tələb etməyin və gözləməyin.
Elə etməyin ki, uşaq sizi razı salmaq üçün aktyor kimi rol oynasın. Uşağı böyüməyə tələsdirmək özünəinamı azalda bilər.

5. Maraq hissini həvəsləndirin
Bəzən uşağın bitməyən sualları valideynləri yorur, lakin uşağın bu səylərinin qarşısı alınmamalıdır.
Harvard Universitetindən Paul Harris \”The Guardian\” qəzetinə müsahibəsində deyib ki, uşaq bilmədiklərini öyrənmək üçün suallar verir.
Psixiloqlar deyirlər ki, valideynlərinə suallar verməyə həvəsli uşaqlar, məktəbə gedəndə də bilmədiklərini müəllimdəm öyrənməyə çalışırlar.

6. Onları sınaqlara çəkin
Uşaqlarınıza təlqin edin ki, onlar böyük nailiyyətlər əldə etmək üçün xırda hədəflərdən başlamalıdırlar.

7. Uşaqla münasibətlərdə kəsə yol seçməyin və ona güzəştli şərait yaratmayın
\”Güzəştli şərait uşağın özünəinamını azalda bilər, – deyib Pickhardt, – İmtiyaz özünəinamı əvəz etmir\”.

8. Uşaqlarınızın gördüyü işi heç vaxt tənqid etməyin
Uşaqları səylərinin və cəhdlərinin tənqidi qədər həvəsdən salan heç nə yoxdur.
Məsləhət verin , amma heç vaxt deməyin ki, işi pis görüblər.
Uşaq uğursuz işə sizin əsəbiləşməyinizi görüb, bir daha heç nəyə cəhd eləməyə bilər.

9. Onların səhvlərini öyrənmə mərhələləri kimi qiymətləndirin
\”Özünəinam səhvlərdən öyrənməklə yaranır\” – deyir alim.
Uşağınızı hər şeydən aşırı qorumayın. Qoyun vəziyyətlərdən özü baş açmağı öyrənsin.

10. Təzə təcrübələrə qapı açın
Pickhardt deyir ki, uşaq üçün təcrübələr yaratmaq valideyn kimi sizin borcunuzdur. Onların bir az bərkə-boşa düşməsinə imkan verin.
Uşaqlar üçün yeni təcrübə qazanmaq imkanının yaradılması onların gələcək problemləri daha rahat çözə bilməsi ilə nəticələnəcək.

11. Bacardıqlarınızı uşaqlarınıza öyrədin
Necə də olmasa ən azı yeniyetməlik yaşlarınadək siz onların qəhrəmanısınız.
Bu nüfuzunuzdan isitfadə edərək uşaqlarınıza necə düşünməyi, hərəkət etməyi və danışmağı öyrədin.
Pickhardt deyir ki, valideynin uğurları uşaqlarda özünəinamı artırır.

12. Onlar barədə narahatlıqlarınızı özlərinə deməyin
Sizin narahatlığınız onlarda inamsızlıq yarada bilər.

13. Onlara həyatın çətinlikləri ilə bacarmağı öyrədin
Həyat ədalətsizdir və çətindir. Onsuz da uşaq bunu ömrün müəyyən çağında biləcək.
Uşağınıza başa salın ki, uğura gedən yollarda min bir çətinlik və hətta geri çəkilmə anları olur.

14. Onlara kömək və dəstək verin, amma ağ eləməyin
Həddən artıq kömək və dəstək uşağın özünə inamını sarsıdır.

15. Onların yeni bir işə başlamaq cəsarətini alqışlayın
Pickhardt deyir ki, müstəqil olaraq nəsə etmək istədikləri vaxtlarda onları, \”afərin, qoçaq balam\” kimi sadə sözlərlə həvəsləndirin .
\”Öyrəncəli iş rahatlıq üçündr, qoçaqlıq doğrudan da yeni və fərqli bir cəhddən gəlir\” – deyir alim.

16. Öyrənmə prosesini həyəcanlı və maraqlı bir işə çevirin

17. Onların bütün vaxtlarını internetdə keçirərək real həyatdan kənarda qalmasına imkan verməyin.
Onların daim monitor arxasında olmaqdansa, real dünyada real insanları görməsinə çalışın.

18. Nüfuzlu olun, amma sərt olmayın
Birincisi uşaqda özünəinama kömək edir, ikincisi onu qorxudur və həvəsdən salır.
Yalnız əmrlərə tabe bir övlad yetişdirməyin.

İnterpress.az