“Bakıya 1 yox, 3 xal dalınca gedəcəyik”backend

“Bakıya 1 yox, 3 xal dalınca gedəcəyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Apasport.az saytının məlumatına görə, bunu “Fiorentina”nın hücumçusu Kuma Babakar deyib.

Bu həftə Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”la qarşılaşacaq Florensiya təmsilçisi qarşılaşma öncəsi İtaliya A seriyasında XV tur matçına çıxıb. Autsayder “Palermo”nu qəbul edən “Fiorentina” məhz Babakarın son dəqiqələrdə vurduğu qol sayəsində (2:1) qələbə qazanıb.

Yerli mətbuata danışan 23 yaşlı forvard daha yaxşı forma yığmaq üçün əlindən gələni etdiyini bildirib: “İkinci qol gecikdikcə komandada həyəcan hiss olunurdu. Ancaq sona qədər bunun üçün çalışdıq və yekunda istəyimizə çatdıq. Baş məşqçi nə tapşırdısa, ona da əməl etdik. Qələbə qolunu vurmaq mənim üçün ikiqat xoş oldu. İndikindən də yaxşı olmaq üçün var gücümlə çalışıram”.

Seneqal millisinin üzvü “Qarabağ”la oyuna da toxunub. Babakar hədəflərinin qrupu birinci pillədə tamamlamaq olduğunu vurğulayıb: “Ötən turda PAOK-a yenilməklə işimizi bir qədər çətinə saldıq. İndi hətta qrupda qalmaq təhlükəsi də var. Amma bizim məqsədimiz qrupu lider kimi başa vurmaqdı. Bilirik ki, bunun üçün Bakıda bizə 1 xal bəs edir. Amma meydana bu məqsədlə çıxsaq, məğlub olarıq. Çünki “Qarabağ” azarkeşlərinin də dəstəyi ilə qələbə qazanmağa çalışacaq. Rəqib nə qədər güclü olsa da, Bakıya 1 yox, 3 xal dalınca gedəcəyik”.

Qeyd edək ki, dekabrın 8-də keçiriləcək “Qarabağ” – “Fiorentina” matçı Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq.

İnterpress.az