Tovuzda 500 müəllim işdən çıxarılıb?backend

Tovuzda 500 müəllim işdən çıxarılıb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib ki, yeni tədris ilinin əvvəlində Tovuzda 500-dək orta məktəb müəlliminin kütləvi şəkildə işdən çıxarılması haqda yayılan məlumat araşdırılıb.

Onun sözlərinə görə, bunun səbəbi orada sinif komplektlərinin tamamlanmaması ilə bağlıdır.
“Tovuzda müəllimlərin kütləvi şəkildə işdən çıxarılması ilə bağlı iddialar doğru deyil. Hər bir sinfin açılması üçün müəyyən standartlar var.

Sinfin formalaşdırılması üçün ən azı 20 şagird olmalıdır. Bundan əlavə sinfin bölünməsi üçün 30 nəfərdən yuxarı şagird sayı olmalıdır ki, həmin sinif iki yerə bölünsün. Bəzi hallarda hansısa sinif komplektlərinin formalaşmasında dəqiqləşdirmələr aparılmayıb. Bu məsələ hansısa müəllimin dərs yükü normasına təsir edə bilər. Bu səbəbdən müəllimlərin ixtisarından söhbət gedə bilməz”.

İnterpress.az